Icma.az
close
up
RU
İsrail buna görə atəşkəsə razılıq verdi AÇIQLAMA

İsrail buna görə atəşkəsə razılıq verdi AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2023-cü il oktyabrın 7-dən başlayan İsrail-HƏMAS müharibəsi sona çata bilər. Belə ki, ötən gün Qətər və Misirin vasitəçiliyi ilə əldə edilən bu razılaşma, 42 günlük atəşkəs və girov mübadiləsini nəzərdə tutur. Burada girovların qarşılıqlı şəkildə azad olunması, əsas mövzulardandır. 

Bəs bundan sonra vəziyyət hansı istiqamətdə dəyişəcək və tam sülh əldə oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, İsrail-HƏMAS savaşı yalnız iki tərəf arasında bir qarşıdurma deyil, daha geniş geosiyasi hədəfləri ehtiva edir və regionun yenidən dizayn olunması məqsədini daşıyırdı:

"İsrail və HƏMAS arasında atəşkəsin əldə olunmasının əsas səbəbləri Suriyada baş verən hadisələrlə bağlıdır. Son dövrlərdə Suriyada baş verən hadisələr, o cümlədən Əsəd rejiminin devrilməsi və Türkiyənin regionda avanqard mövqe qazanması, bu planların bir hissəsini pozmuş oldu. Ona görə də bundan sonrakı mərhələdə bu savaşın aparılması öz əhəmiyyətini itirmiş oldu. Digər tərəfdən də savaş nəticəsində İranın proksi qüvvələri sıradan çıxarılmış oldu. Yəni hədəfə müəyyən mənada nail olundu. Proseslər elə istiqamətə yönəlməyə başlamışdı ki, bu, daha böyük savaşa yol aça bilərdi, areal genişlənərək qlobal savaş təhlükəsi yaratmağa başlamışdı". 

Politoloqun fikrincə, hazırkı atəşkəsin nə qədər davam edəcəyi sual altındadır və sülhün birdəfəlik əldə olunması mümkünsüz görünür.

"Amerika Birləşmiş Ştatları da təbii ki, yeni dünya düzəninə keçid mərhələsində qlobal savaşla qarşı-qarşıya qalmaq niyyətində olmadığını büruzə verir. Ona görə də Ağ Evdən göstərilən cəhdlərlə tərəflər arasında müvəqqəti də olsa atəşkəs və yaxud da sülh anlaşması əldə olundu. Ancaq bunun nə qədər davam edəcəyi bir qədər şübhə doğuran məsələdir. Çünki İsrail və HƏMAS arasında savaş uzun müddətdən bəridir ki, mövcuddur. Vaxtaşırı fəal silahlı münaqişəyə çevrilir. Bir müddətdən sonra da müvəqqəti atəşkəs, sakitlik yaranır. İndi də təxminən hesab eləmək olar ki, eyni situasiya yaranmağa başlayıb. Böyük ehtimalla bir müddət atəşkəsə riayət olunacaq, yenidən hansısa güclər üçün Yaxın Şərqdə geopolitik oyunlara ehtiyac duyulana qədər bölgədə sülhün və nisbi sabitliyin hökm sürməsi mümkün ola bilər. Ancaq bunun həmişəlik ola biləcəyinə inanmaq bir qədər çətindir", - deyə E.Xalidbəyli bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri