“İsrail bütün dünya ictimaiyyətinin maraqları naminə Yəmənə hücum edir” Netanyahu
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“İsrailin Yəmənə endirdiyi zərbələrin hədəfi “Ənsar Allah” hərəkatının husi üsyançılarıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu xəbərdarlıq edib ki, ölkəsinə zərər verməyə çalışan hər kəs çox ağır bədəl ödəyəcək:
“Bu səhər İsrail Hərbi Hava Qüvvələri Hodeyda limanında və Yəmənin dərinliklərində strateji husi hədəflərinə zərbələr endirib. Biz bunu husilərin İsraildəki mülki hədəflərə təkrar hücumlarına cavab olaraq etdik. Dünən gecə onlar Ramat-Qandakı məktəbə hücum ediblər”.
Baş nazirin sözlərinə görə, husilər təkcə İsrailə deyil, bütün dünyanı təhdid edir, beynəlxalq dəniz yollarına və ticarət yollarına hücum edir:
“Beləliklə, İsrail husilərə qarşı hərəkət edərkən, bütün dünya ictimaiyyətinin maraqlarına uyğun hərəkət edir. Amerikalılar bunu yaxşı başa düşürlər, bir çoxları da”.

İsrail Yəmənə zərbələr endirib
10 Yanvar 2025 17:45
İsrail Yəmənə hücuma hazırlaşır
09 Dekabr 2024 10:13
Netanyahu İsrailin Yəmənə hücumunu şərh edib
19 Dekabr 2024 21:02
İsrail ordusu Yəmənə zərbə endirdi
19 Dekabr 2024 08:56
TƏCİLİ: İsrail və ABŞ Yəmənə zərbələr endirir
17 Dekabr 2024 10:33

