İsrail bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirdi
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzza zolağına yerləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Hazırda anklavda Givati, Qolani, Kfir, Nahal briqadalarının bölmələri, paraşütçülər, komandolar, 7-ci, 188-ci və 401-ci tank qoşunları, həmçinin müəyyən sayda ehtiyatda olanlar var. Qeyd olunur ki, bu qüvvələr sektorda hərbi əməliyyatların daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmləşib.
Bundan əvvəl İsrail ordusu Qəzzada “Gideonun arabaları” adlı yeni genişmiqyaslı quru əməliyyatı çərçivəsində beş briqadanın fəaliyyət göstərdiyini bildirmişdi. “The Times of Israel”in məlumatına görə, onların sayı on minlərlə əsgərdir.
Xatırladaq ki, mayın 18-də İsrail Ordusu "Gideonun cəng arabaları" genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub rayonlarında döyüş əməliyyatlarına başladığını elan edib. Həmin gün İsrail Baş naziri Benyamin Netanyahunun ofisi anklavda aclığı qabaqlamaq üçün Qəzza zolağı ərazisinə "baza səviyyədə" ərzağın gətirilməsinə icazə verəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 May 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















