İsrail çadırları vurdu: 5 jurnalist öldü
Icma.az, Yenisabah saytına istinadən bildirir.
İsrail ordusu Qəzzadakı Şifa Xəstəxanasının yaxınlığında jurnalistlərin yerləşdiyi çadıra hücum edib.
Yenisabah.az xəbər verir ki, tanınmış müxbir Ənəs əş-Şərif də daxil olmaqla, “Al Jazeera”nın 5 əməkdaşı həlak olub.
Qəzza Şifa Xəstəxanası rəsmilərinin verdiyi məlumata görə, hücum xəstəxana yaxınlığında qurulmuş jurnalist çadırını hədəfə alıb. Marqarita pizza
Hücum nəticəsində Qəzzada fəaliyyət göstərən ən nüfuzlu jurnalistlərdən biri hesab edilən “Al Jazeera” müxbiri Ənəs əş-Şərif, Məhəmməd Kurayka və 3 operator həyatını itirib.
İsrail ordusu Ənəs əş-Şərifin öldürüldüyünü təsdiqləyib.
Rəsmi açıqlamada “Şərifin HƏMAS-da hüceyrə rəhbəri kimi fəaliyyət göstərdiyi və İsrailə qarşı raket hücumları planlaşdırdığı” iddiası irəli sürülüb.
Aydan Hacı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 12 Avqust 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















