İsrail daha bir HAMAS komandirini zərərsizləşdirib
İsrail Müdafiə Qüvvələri HAMAS-ın Qəzza şəhərindəki hava qüvvələrinin komandiri Nidal Əl-Nacarı hava zərbəsi ilə zərərsizləşdirib.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumatda bildirilib ki, Nidal Əl-Nacar 7 oktyabr hücumunun təşkilatçılarından biri olub və Qəzzada əməliyyat aparan IDF qoşunlarına qarşı partlayıcı yüklü dron hücumları həyata keçirib.
![see](https://icma.az/template/assets/see.png)