Icma.az
close
up
RU
İsrail də qalib, İran da qalib, uduzan SƏNSƏN…

İsrail də qalib, İran da qalib, uduzan SƏNSƏN…

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Kimə inanasan?

Zaman informasiya əsridir. Elə yerə gəlmişik ki, bu informasiya axınının içində boğuluruq. Xəbərlər çoxdur. Rəylər, paylaşımlar, videolar, açıqlamalar, daha nələr… Ortada həqiqət yoxdur. 
İsrail İrana hücum edir, Amerika İranı bombalayıb, İran İsraili raket atəşinə tutub, üstəlik ABŞ-nin Qətərdəki hərbi bazalarına “icazəli” zərbələr endirib… 
Normalda bu, Üçüncü Dünya müharibəsinin başlanğıcı olmalıydı. Amma baxırsan ki, bu savaş o deyil, başqa bir savaşdı, daha çox da informasiya savaşı...

Dəhşətli müharibə, ya dəhşətli manipulyasiya?

Əgər bu xəbərləri real hadisələr kimi götürsək, bəşəriyyətin sonuna çox az qalır.  Diqqətlə baxdıqda, bu “böyük müharibə”nin tankla, təyyarə ilə deyil, tvit-lə, reels-lə, statusla aparıldığını görürük. "Youtube", X (Twitter), "Facebook", "Instagram" və "Telegram"da başlayan müharibə əslində gözümüzü qorxudan əsas meydandır.

Hər yeni paylaşım, bir raket kimidir. Hər status bir atəş olur. Hər montajlı video bir təbliğat broşurasıdır. Haraya gəldik…


Müxtəlif media “gerçəklikləri”
Amerika mediası İranı terror yuvası kimi təqdim edir, İsrailin özünü qoruduğunu yazır, İranı vurduğunu, zəifltdiyini iddia edir.
İran mediası qələbəsini bayram edir, xalqına “qalib gəldik” deyir.
Rusiya, Çin, Pakistan, Avropa mediası hərəsi bir tərəfdə, öz maraqları uğrunda yazır, göstərir, susur. Bu xəbərlərin hansında həqiqət var?

Sosial media, müasir dövrün səngəri

Bu müharibədə informasiya döyüşçüləri var. Onlar influenserlər, media qurumları, trollar, botlar və başaları və sairlərdi. 
Sosial media bir tərəfdən xalqın səsinə çevrilir, digər tərəfdən manipulyasiyanın əsas silahı olur. Biri “İran çökdü” deyir, o biri “İsrail qırıldı” yazır. Başqa bir paylaşımda “dünya müharibəyə gedir”, digərində isə “atəşkəs əldə edildi” söylənilir.

Atəşkəs, nə atəşkəs?

İndi  “atəşkəs” elan edilib. Amma bu, kiminlə kim arasında baş verib? Hansı razılaşma, hansı nəticə oldu ? Bilən yoxdur. İsrail deyir ki, necə divan tutdusa, bundan sonra “İran nüvə silahından məhrum edildi”. İran isə qələbə münasibətilə özünü təbrik edir. 
Allah, Allah!
Bu, müharibənin sonudurmu, yoxsa daha böyük bir saxtakarlığın başlanğıcı?

Göz, qulaq, yoxsa ağıl, nə ilə inanmalı?

Bütün bunlardan sonra insan özünə sual verir. Nə baş verdi? Kim qalib gəldi? Kim uduzdu? Nə qədər insan öldüb?
Bilmirik. Ən dəhşətlisi budur. Gözümüz gördüyünə, qulağımız eşitdiyinə belə, inana bilmir artıq. Yalan o qədər həqiqətə bürünüb ki, gerçək görünən yalanlar dövründə yaşayırıq.

İnformasiya müharibəsi real müharibədən təhlükəlidir

Əslində bu savaşın ən qorxulu tərəfi budur ki, informasiya müharibəsi daha dərin izlər qoyur. Gördüklərimiz zehinlərimizi zəhərləyir. Birini tanımadan düşmənə çeviririk. Özümüzdən, bir-birimizdən şübhələnirik. Cəmiyyət informasiya əsasında parçalara bölünür.

Bütün müharibələr rədd olsun!

Bu savaşın içində qalib varmı. Müharibə nə şəkildə olursa olsun, ya raketlə, ya qılıncla ya xəbərlə, nəticə birdir, dağıdır, bölür, məhv edir. Sülh informasiya qədər vacibdir. Çünki informasiya da bir silahdır. Yanlış məlumat yanlış addıma gətirir, yanlış addım isə müharibə deməkdir.

Allah axırını xeyirə calasın…
Hiss edirsən ki, bu dəfə, dualardan daha çox ağıla ehtiyacımız var.
Ağılla baxanda İsrail də, İran da qalibdir. Özləri belə deyirlər.
Belə çıxır ki, uduzan mənəm, sənsən.
Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri