Icma.az
close
up
RU
İsrail Dəməşqdə Baş Qərargaha dron zərbəsi endirdi Şiddətli döyüşlərdə yüzlərlə insan ölüb

İsrail Dəməşqdə Baş Qərargaha dron zərbəsi endirdi Şiddətli döyüşlərdə yüzlərlə insan ölüb

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

İsrail ordusu iyulun 17-də Suriyanın paytaxtı Dəməşqdə yerləşən Baş Qərargah binasının girişinə dron zərbəsi endirib.

Zərbə Suriya daxilində, xüsusən də ölkənin cənubundakı Suveyda bölgəsində vəziyyətin kəskin gərginləşməsi fonunda baş verib. İsrail ordusu əməliyyatı "Suriya druz icmasının müdafiəsi" məqsədilə həyata keçirdiyini bəyan edib.

İsrailin rəsmi açıqlamasına görə, hücum Suriya hökumət qüvvələrinin druzlara qarşı hərbi əməliyyatlarına cavab olaraq həyata keçirilib. Təl-Əviv, İsraildə yaşayan druz icması ilə "qardaşlıq əlaqələrinə" görə, bu icmanın təhlükəsizliyini prioritet saydığını bildirib.

Ötən günlərdə Suriyanın cənubundakı Suveyda şəhərində druzlar və bədəvilər arasında qarşıdurmalar baş verib. Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, ilk qarşıdurmalarda 30-dan çox insan ölüb, 100-dən çox yaralı var. Daha sonra Suriya hərbçilərinin şəhərə daxil olmasından sonra ölənlərin sayı 248-ə yüksəlib. Bu barədə məlumatı Böyük Britaniyada qərarlaşan “Suriya İnsan Haqları Müşahidə Təşkilatı” yayıb.

Druz icmasının tanınmış liderlərindən şeyx Hikmət əl-Həcrinin açıqlamasında qeyd olunub ki, Suriya hökuməti atəşkəsi pozaraq Suveyda şəhərini bombalayıb. Suriya ordusu isə yalnız cavab atəşi açdıqlarını bildirir.

İsrail və Suriya arasında yerləşən, İsrailin 1967-ci ildən işğal etdiyi Colan Təpələri bölgəsində də gərginlik artıb. “Times of Israel” xəbər verir ki, İsraildə yaşayan druzlar Suriyaya keçməyə, Suriyada olan druzlar isə İsrailin nəzarətindəki ərazilərə daxil olmağa çalışıblar. Bu səbəbdən İsrail ordusu sərhəd bölgəsində gözyaşardıcı qazdan istifadə edib və insanların hərəkətinə mane olub.

Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır və hər iki tərəf yeni toqquşmaların baş verə biləcəyi ilə bağlı xəbərdarlıqlar edir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri