İsrail Ərdoğanı və Suriyanın yeni hökumətini görün nədə ittiham etdi
Icma.az, Publika.az saytına istinadən bildirir.
İsrailin xarici işlər naziri Gideon Saar Suriyanın yeni hökumətinin ünvanına ağır ifadələr işlədib.
Publika.az xəbər verir ki, Saar Suriyanın yeni hökumətini “terrorçu” və radikal islamçı adlandırıb.
Onun iddiasına görə, Suriyadakı yeni administrasiya İdlibdən tanıdığımız terror dəstəsidir:
“Yeni olan odur ki, həmin rejim Dəməşqdə nəzarəti ələ keçirib. Qərb Suriyada sülh yolu ilə hakimiyyət dəyişikliyini yüksək qiymətləndirir. Lakin bu, demokratik yolla seçilməlidir. Bununla belə, Suriyada vəziyyət ürəkaçan deyil və real sabitlik yoxdur”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da ittiham edən İsrailin xarici işlər naziri belə deyib: "Ərdoğandan kürdlərin muxtariyyətini aradan qaldırmaq üçün açıq təhdidlər var. Bu da xristianlara qarşı aparılan islamçı bir rejimdir".
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















