İsrail F 35 qırıcı təyyarələrinin sayını 48 ə çatdırdı
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail Hərbi Hava Qüvvələri ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan üç yeni beşinci nəsil F-35 qırıcı təyyarəsini təhvil alıb.
Lent.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, təyyarələr yanvarın 18-də İsrailin cənubunda yerləşən Nevatim hava bazasına eniş edib və Hərbi Hava Qüvvələrinin 116-cı və 140-cı eskadrilyalarına daxil ediləcək.
İsrail 2010-cu ildən F-35 qırıcılarını arsenalına daxil etməyə başlayıb. İlk iki təyyarə 2016-cı ilin dekabrında Nevatim hava bazasına çatdırılıb.
“The Times of Israel” qəzetinin məlumatına görə, yeni təyyarələrin gəlişi ilə İsrail Hərbi Hava Qüvvələrindəki F-35-lərin sayı 48-ə çatıb. İsrail 2024-cü ildə əlavə 25 F-35 sifariş edib və onların çatdırılmasına 2028-ci ildə başlanması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 19 Yanvar 2026 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















