İsrail Fələstində 19 yeni yaşayış məntəqəsinin salınmasını təsdiqləyib
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail Təhlükəsizlik Kabineti işğal olunan Qərbi Şəriyədə 19 yeni yaşayış məntəqəsinin salınmasını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP agentliyi İsrail hökumətinin açıqlamasına istinadən məlumat yayıb.
Bununla da son üç il ərzində təsdiqlənən yaşayış məntəqələrinin ümumi sayı 69-a çatıb.
Maliyyə naziri Bezalel Smotriçin ofisinin yaydığı bəyanatda bildirilir ki, Smotriç və müdafiə naziri Israel Katzın Yəhudeya və Samariyada 19 yeni yaşayış məntəqəsinin elan edilməsi və rəsmiləşdirilməsi ilə bağlı təklifi kabinet tərəfindən qəbul olunub.
Açıqlamada qeyd edilir ki, bu addım Fələstin dövlətinin yaradılmasının qarşısını almağa yönəlib. Bəyanatda həmçinin vurğulanır ki, İsrail tərəfi “əcdadların mirası hesab edilən torpaqları inkişaf etdirməyə və məskunlaşdırmağa davam edəcək”. Bununla belə, qərarın dəqiq hansı tarixdə verildiyi açıqlanmayıb.
Bu fonda BMT daha əvvəl yaydığı hesabatda bildirib ki, oktyabr ayı ərzində israilli məskunlar tərəfindən işğal olunan Qərbi Şəriyədə fələstinlilərə qarşı ən azı 264 hücum qeydə alınıb. Bu göstərici BMT-nin 2006-cı ildən etibarən bu cür hadisələri izləməyə başlamasından bəri ən yüksək aylıq rəqəm hesab olunur.
Öz növbəsində, ABŞ administrasiyası İsrailin yaşayış məntəqələrini genişləndirməsinə icazə verməyəcəyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:“İsrail Fələstində əzabı və can itkisini dayandırmalıdır”
24 İyun 2025 12:50
İsrail Fələstində sülh yolu ilə nizamlanmanı istəmir
02 İyun 2025 08:21
İsrail Qərb Sahilində 19 yaşayış məntəqəsinin yaradılmasını və qanuniləşdirilməsini təsdiqlədi
15 Dekabr 2025 09:48
İsrail ordusu Fələstində 50 silahlının öldürüldüyünü elan etdi
02 Fevral 2025 20:26
Fələstində yeni dövr başladı
28 Noyabr 2024 11:07
Baxış sayı:96
Bu xəbər 21 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















