İsrail “FlyDubai“ sərnişin təyyarəsini vurmağa hazır olub
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail hakimiyyəti pilotlardan birinin kapitana hücum etməsindən sonra Dubaydan Təl-Əvivə uçan "FlyDubai" sərnişin təyyarəsini vurmağa hazır olub.
Moderator.az "CBS News"a istinadən xəbər verir ki, İsraildə bu cür insidentlər zamanı tətbiq edilən çoxdan hazırlanmış prosedur mövcuddur. Həmin prosedur terror aktının qarşısını almaq məqsədilə qaçırılmış təyyarənin məhv edilməsini nəzərdə tutur. Təyyarənin göyərtəsində 150-dən çox İsrail vətəndaşının olması da bu qərarın qəbul edilməsinə maneə sayılmır.
Telekanalın mənbələrinin məlumatına görə, təyyarə İsrailə müəyyən məsafədə yaxınlaşsaydı, İsrail qırıcıları İordaniyanın hava məkanına daxil olaraq təyyarəni yoxlayacaqdılar. Pilotlar kabinəni və sərnişin salonunu nəzərdən keçirəcək, təyyarənin qaçırıldığı və ekipajın radio əlaqəsinə çıxmadığı müəyyənləşsəydi, məsələ müdafiə naziri və baş nazirə təqdim ediləcəkdi. Protokola əsasən, kursundan yayınaraq İsrailə yaxınlaşan təyyarənin vurulması barədə qərarı yalnız baş nazir verə bilərdi.
İsrail mənbələrinin məlumatına görə, sentyabrın 30-da təyyarəni ələ keçirməyə cəhd edən ikinci pilot Həmam əl-Həmmami layneri Ben-Qurion hava limanına çırpmağı planlaşdırıb. O, təyyarənin adi uçuşunu davam etdirdiyi təəssüratını yaratdıqdan sonra onu hava limanına yönəltmək niyyətində olub. Ben-Quriona çatmaq mümkün olmasaydı, təyyarəni İordaniyadakı ABŞ hərbi bazalarından birinə yönəltməyi planlaşdırdığı bildirilir.
İsrailin 13-cü televiziya kanalının məlumatına görə, əl-Həmmami dindirmə zamanı Təl-Əvivə uçan "FlyDubai" reysini qəsdən seçdiyini bildirib.
"FlyDubai"nin FZ1023 reysinin məhv edilməsi planının qarşısını alan əsas amillərdən biri kapitan Smit Maççharın müqaviməti olub. O, hücumçunun qarşısını alaraq kokpitin qapısını açıb. Bundan sonra sərnişinlər və ekipaj üzvləri əl-Həmmamini zərərsizləşdiriblər.
İnsidentlə bağlı aparılan araşdırmada İsrailin "Mossad" əməkdaşları və aviasiya ekspertləri iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 05 Oktyabr 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















