Icma.az
close
up
RU
İsrail hakimiyyəti Qəzzanı işğal etmək qərarına gəlib

İsrail hakimiyyəti Qəzzanı işğal etmək qərarına gəlib

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail hakimiyyəti Qəzzanı işğal etmək qərarına gəlib


İsrailin Nazirlər Kabineti cümə günü gecə baş nazir Benyamin Netanyahunun Qəzza şəhərinə nəzarəti ələ keçirmək qərarını təsdiqləyib. Ehtimal edilir ki, bu, Netanyahunun bir gün əvvəl elan etdiyi anklavın bütün ərazisini yenidən işğal etmək planının ilk mərhələsi olacaq.
Nazirlər Kabinetinin iclasından əvvəl İsrailin baş naziri “Fox News” telekanalına müsahibəsində Qəzza zolağına tam nəzarəti ələ keçirmək niyyətində olduğunu, lakin daimi olmadığını bildirib.
Yerli mənbələrin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin bütün ərazisini işğal etməyə hazırlaşır. Amerikanın “Axios” portalı İsrail rəsmisinə istinadən yazır ki, qarşıdan gələn əməliyyat yalnız şəhərin özü ilə məhdudlaşacaq və qaçqın düşərgələrinə və ya digər ərazilərə təsir etməyəcək.
Mənbənin bildirdiyinə görə, oktyabrın 7-dək şəhərin bütün mülki əhalisinin zolağın mərkəzi hissəsində və ona yaxın ərazilərdəki qaçqın düşərgələrinə zorla köçürülməsi planlaşdırılır. Bundan sonra şəhərdə qalan HƏMAS üzvlərinə qarşı quru əməliyyatının keçirilməsi və qəsəbənin tam mühasirəyə alınması gözlənilir.
“Yediot Ahronot” nəşrinin qeyd etdiyi kimi, “işğal” termini mümkün hüquqi təsirlərə görə Təhlükəsizlik Kabinetinin iclasında bilərəkdən istifadə edilməmişdir. Bunun əvəzinə “nəzarət” sözünün işlədilməsinə qərar verildi.
Yüksək rütbəli İsrail rəsmisi nəşrə verdiyi müsahibədə belə izah edib: “Niyyətimiz Qəzzanı işğal etməkdir, lakin rəsmi sənədlərdə və bəyanatlarda hüquqi səbəblərdən “nəzarət” ifadəsini işlədirik. Qəzetin fikrincə, bu ifadə bizə rəsmi işğal halında beynəlxalq hüququn mülki əhali qarşısında qoyduğu birbaşa öhdəliklərdən yayınmağa imkan verir.
Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 08 Avqust 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri