Icma.az
close
up
RU
İsrail hədəflərinə çatmayana qədər İranla müharibə davam edəcək və ABŞ ın iştirak ehtimalı artacaq

İsrail hədəflərinə çatmayana qədər İranla müharibə davam edəcək və ABŞ ın iştirak ehtimalı artacaq

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İsrail-İran savaşı Azərbaycana ciddi təsir edə bilər. İlk növbədə o baxımdan ki, savaş bizim qonşumuzda gedir, tam yaxınımızdadır. Müharibə o ölkədə gedir ki, orada bizim 40 milyondan artıq soydaşımız yaşamaqdadır və müharibənin miqyasının böyüməsi İranda ictimai siyasi vəziyyəti gərginləşdirəcək. Eyni zamanda, böyük qaçqın ordusu yarana bilər ki, bu qaçqın ordusu da qonşu ölkələrə, o cümlədən Azərbaycana axın edə bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Oqtay Qasımov danışıb. Politoloq qeyd edib ki, Azərbaycan sərhədləri bağlı olsa da, bu müharibənin davam etməsi ciddi bir problem olaraq önümüzə çıxır.

Oqtay Qasımov

“Azərbaycan mümkün qədər bu savaşın tez və qarşılıqlı danışıqlar əsasında bitməsini, tərəflərin razılığa gəlməsini istəyir. Savaş bizim tam yaxınımızdadır. O ki, qaldı İran daxilində əhalinin mövcud rejimə qarşı çıxmasına hazırda bu ehtimal da çox azdır. Çünki bir çox cəmiyyətlər, o cümlədən İran cəmiyyəti də xarici təhdidlər qarşısında hakimiyyətdə hansı qüvvənin və ya hansı rejimin olmasından asılı olmayaraq vətən müdafiəsi üçün birləşir. Hazırda İranda bunu görməkdəyik. İranda rejim dəyişikliyi olacağını düşünmürəm. İran əhalisi xarici təzyiqlərə qarşı hazırda həmrəylik nümayiş etdirir. Doğrudur, çox böyük hissəsi mövcud rejimdən ciddi şəkildə narazıdır. Həm ciddi təzyiqlər, eyni zamanda sosial ədalətsizlik və gəlirlərin düzgün bölüşdürülməməsi, sosial-iqtisadi durumun ağır olması, enerji və kommunikasiya məsələlərində ciddi problemlərin yaşanması əhalini hakimiyyətdən narazı salsa da, amma xarici təzyiq və hücum qarşısında əhali hazırda daha çox ölkənin müdafiəsi haqqında düşünür”-deyə politoloq bildirib.

Oqtay Qasımov qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının İrana hücumu ehtimalı yüksəkdir və Amerika Birləşmiş Ştatları Prezidentinin ötən günlərdə verdiyi açıqlamalar bu ehtimalı gücləndirir. Politoloqun fikrincə, bu ehtimal nə qədər yüksək olsa da, nə baş verəcəyini düşünmək də doğru olmaz.

“Hər halda Tramp bildirdi ki, o qərarı ən son anda verəcək. Yayılan məlumatlar ondan ibarətdir ki, həm Trampın administrasiyasında, eyni zamanda siyasətdə ona çox ciddi təzyiqlər var. Donald Trampı bu savaşa qoşulmağa vadar etmək istəyirlər. ABŞ ordusunun bölgədə ciddi toplanış həyata keçirməsi və artıq üçüncü aviadaşıyıcı gəminin də bölgəyə istiqamət alması Amerikanın bu savaşda iştirak ehtimalını gücləndirir.

Mümkün variantlardan biri odur ki, Avropa İttifaqı-İran görüşmələrində və digər təmaslarda müəyyən anlaşma əldə olunsun. Doğrudur, hazırda bu ehtimal da çox yüksək görünmür. Həm Trampın, həm Netanyahu, həm də Seyyid Əli Hüseyni Xameneinin açıqlamalarına baxdıqda daha çox sərt ritorikanın şahidi olmaqdayıq. Ona görə də yaxın bir neçə gün ərzində bu savaşın dayandırılmasının ehtimalı çox azdır. İsrail ən azı hədəflərinin əhəmiyyətli hissəsinə çatmayınca və hazır fürsət yaxaladığı halda bu imkanı əldən buraxmaq istəməyəcək. İran da təbii ki, müqaviməti davam etdirəcək. Bu baxımdan Amerikanın iştirakı ilə bağlı hazırda qəti fikir söyləmək çox çətindir. Amma olduqca böyük ehtimal var ki, Amerika bu savaşın hansısa bir mərhələsində prosesə qoşula bilər”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri