İsrail HHQ Livanda “Hizbullah”ın avtomobillərinə hücum edib
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Livanın cənubundakı Nabatiye bölgəsində radikal "Hizbullah" hərəkatına aid silah daşıyan yük maşınına və digər nəqliyyat vasitəsinə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
“İsrail Ordusu yük maşını və digər nəqliyyat vasitəsinin silah daşıdığını müşahidə etməsindən sonra hücuma məruz qalıb”, - məlumatda deyilir.
Hərbçilər bildiriblər ki, "Hizbullah”ın Livanın cənubuna qayıtmaq cəhdlərinə baxmayaraq, ordu İsrail və Livan arasındakı razılaşmalara uyğun olaraq fəaliyyətə davam etməkdə qərarlıdır. Qeyd olunub ki, hərbçilər İsrail və onun vətəndaşları üçün yarana biləcək hər hansı təhlükəyə qarşı hərəkət edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 29 Yanvar 2025 03:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















