İsrail Hizbullaha hücum etdi: Böyük komandir iddiası
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Livanın rəsmi xəbər agentliyi NNA-nın verdiyi məlumata görə, Sur rayonunun Rişknaniye qəsəbəsinə edilən hücumda bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, İsrailin PUA-nın Rişknaniye qəsəbəsinə hücumunda park edilmiş bir avtomobilin İHA tərəfindən hədəf alındığı bildirilərkən, hadisədə yaralanan livanlıların sayı və vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
İsrail Ordusu Radiosu Livanın cənubunda "Hizbullaha bağlı Rıdvan qüvvələrinin yüksək səviyyəli bir fiqurunun öldürüldüyünü" açıqlayib.
Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə imzalanmış atəşkəs razılaşmasına baxmayaraq, İsrail tez-tez razılaşmanı pozur.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəsdən sonra İsrail ordusunun hücumları nəticəsində ən azı 82 nəfər ölüb, 270-dən çox adam yaralanıb.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:60
Bu xəbər 04 Mart 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















