İsrail: Husilərin ölkəmizə hücumlarının davam etməsi İran üçün ağır nəticələnəcək
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu xəbərdarlığı İsrailin müdafiə naziri İsrael Katz verib.
“Əgər husilər bizi (İsraili) atəşə tutmağa davam etsələr, İsrail onlara ciddi zərbələr vuracaq. İsrail Müdafiə Qüvvələri istənilən missiyaya hazırdır. Mən həmçinin İran rəhbərliyinə xəbərdarlıq edirəm ki, Husi terror təşkilatını maliyyələşdirir, silahlandırır və nəzarət edir: proxy nəzarət sistemi bitdi və “şər oxu” çökdü, siz (İran rəhbərliyi) Husilərin hücumlarına görə birbaşa məsuliyyət daşıyırsınız. Beyrutda Hizbullaha, Qəzzada HƏMAS-a, Dəməşqdə Suriyanın keçmiş prezidenti Bəşər Əsədə və Yəməndə husilərə etdiklərimizi Tehranda da sizə edəcəyik”, - deyə Katz "X" sosial şəbəkə hesabında yazıb.
“Biz heç kimin İsrailə zərər vurmasına icazə verməyəcəyik və kim bizə zərər versə, böyük itkilər verəcək”, - deyə İsrail Müdafiə Nazirliyinin rəhbəri qeyd edib. O, əlavə olaraq bildirib ki, yəhudi dövləti “istənilən təhdid və istənilən düşməndən müstəqil şəkildə özünü müdafiə etməyə qadirdir”. “Bu, keçmişdə çoxsaylı çağırışlar qarşısında doğru olub və gələcəkdə də belə qalacaq”, - deyə Katz qeyd edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 May 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















