Icma.az
close
up
RU
İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…

İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

İran-İsrail müharibəsi Tehranı masadakı şərtləri qəbul etdirmək mərhələsindən ikinciyə - məğlub etmək mərhələsinə keçib. Üçüncü mərhələyə - rejimin təslim olmasına keçidi indi baş verənlər, İranın nə qədər müqavimət göstərə biləcəyi müəyyənləşdirəcək.

Hazırki mərhələdə:

- ABŞ İsraili dayandırmağa tələsmir və Tehranı şərtləri qəbul etməsi üçün danışıqlara dəvət etməklə “yaxşı polis” rolunu oynayır;

- İsrail ən azı İranın nüvə obyektlərini sıradan çıxarmaq və nüvə silahlı perspektivini məhv etmək niyyətindədir: Natanz nüvə kompleksinə zərər vura bilsə də, dağların dərinliklərində yerləşən Forda nüvə kompleksinə endirilən zərbələr istənilən effektiv verməyib; nüvə sənayesini tamamilə sıradan çıxarmaq üçün ABŞ-ın hərbi dəstəyi zəruridir.

Lakin İranın nüvə perspektivini məhv etmək İsrailin minimum hədəfi kimi görünür, Netanyahu maksimum hədəfi də sınamaq niyyətindədir: bu, İranda rejimi dəyişdirməkdir. Və əsas müəmma da burada ortaya çıxır: İran rejimini dəyişdirmək mümkündürmü, yaxud bu hansı ssenaridə baş verə bilər?

Rejimin təslim olacağını demək çətindir, bu, həm də ideoloji baxımdan çöküşü qəbul etmək olardı. Hərçənd, İsrailin taktikası – müharibə yolu ilə daxildə rejimi dəyişdirmək də çətin görünür.

Birincisi, İran daxilində narazılıq nə qədər çox olsa belə, müharibənin ictimai rəydə “işğala cəhd” kimi qəbul edilməsi mövqeyi güclənir, eyni zamanda, rejimin söykəndiyi ideoloji dayaqlar – din uğrunda mübarizə amili ön plana çıxır;

İkincisi, teokratiyanı şah rejimi ilə dəyişmək ssenarisi – oğul Pəhləvinin gətirilməsi müzakirə mövzularındandır. Ki, yenə dini ideologiya amili və “şahçıların” mövqeyinin nə qədər güclü olması bu versiyanı mübahisələndirir.

Mövcud şərtlər İranda müharibə yolu ilə rejimi dəyişmək perspektivini sual altına salır. Lakin hədəfdə rejim dəyişikliyinin olduğunu rəsmi şəkildə elan edən İsrail rəhbərliyi (bunun açıq şəkildə dilə gətirilməsində İran daxilində rejimə qarşı qüvvələri hərəkətə keçirmək məqsədi daşıdığı da aydındır) daha radikal gediş edə bilər: bu, HƏMAS-a qarşı ssenarinin İranda da tətbiq edilməsi – hərbi rəhbərliklə yanaşı, siyasi rəhbərliyin də sıradan çıxarılmasıdır.

İranın hərbi rəhbərliyi – Baş Qərargah rəisi, SEPAH komandanı və digər əsas fiqurlar bir-bir öldürülür, bu prosesin davamında dini lider Xamenei və Prezident Məsud Pezeşkianın da nöqtə atışı ilə qətlə yetirilməsi istisna edilməməlidir. Yalnız bu halda müharibə yolu ilə rejimin dayaqlarının sarsıdılması və yeni hakimiyyətin – hələ ki, şahın oğlu əsas namizəd kimi görünür - yolunun açılması ehtimalı yarana bilər. Lakin 46 illik rejimin ölkə üzərindəki nəzarətini qısa müddətdə tamamilə silmək mürəkkəb prosesdir. Bu baxımdan, İsrailin İranın hərbi-siyasi rəhbərliyinin bir-bir aradan götürülməsi ilə yanaşı, etnik-dini qrupların azadlıq hərəkatının aktivləşdirilməsi də mümkün ssenarilər arasındadır.

Bu ssenarilər proseslərin üçüncü mərhələyə keçidi halında real görünür. Mövcud mərhələdə İran rejimini masada şərtləri qəbul etdirmək, “nüvəsiz İran”la razılaşmaq hələ də aktualdır. Rəsmi Tehran müzakirələrə hazır olduğunu bəyan edib, müharibədə üstün tərəf olan İsrail isə ən azı danışıqlara qədər İranın nüvə potensialının perspektivlərini məhv etməyə çalışır. Bu mərhələdə müharibənin masa ilə əvəzlənməsi, yaxud sonuncu mərhələyə - rejimin aradan qaldırılmasına keçid ABŞ-ın mövqeyindən asılı olacaq.

Asif Nərimanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 İyun 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri