İsrail ilə Böyük Britaniya arasında gərginlik artır
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail hökuməti Ramallahdakı Britaniya diplomatlarına və Qəzza üzrə Kiryat-Qatdakı Koordinasiya Mərkəzində fəaliyyət göstərən Böyük Britaniya nümayəndələrinə ölkəni tərk etmələri üçün 7 gün vaxt verib.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
Bildirilib ki, bu addım Böyük Britaniyanın İordan çayının qərb sahilində yerləşən İsrail qəsəbələrində istehsal olunan malların ticarətinə məhdudiyyətlər tətbiq etməsi ilə bağlı bəyanatından sonra atılıb. Eyni zamanda, İsrailin xarici işlər naziri Gideon Saar Şərqi Qüdsdə fəaliyyət göstərən Britaniya konsulluğunun bağlanması barədə göstəriş verib. Qurum 30 gün ərzində öz fəaliyyətini dayandırmalıdır.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya da daxil olmaqla, 12 ölkənin xarici işlər naziri Qərb sahilindəki İsrail məskənlərindən gələn məhsulların ticarətinə məhdudiyyətlər qoyduqlarını açıqlamışdılar. Onlar İsrailin bu fəaliyyətlərinin iki dövlət həlli perspektivlərinə zərər vurduğunu bəyan ediblər.
Buna cavab olaraq, İsrail tərəfi Şərqi Qüdsdəki Britaniya konsulluğunun fəaliyyətinə xitam veriləcəyini elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 09 Sentyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















