İsrail ilə Fransa arasında qarşıdurma Şərqi Qüdsdə 2 fransız jandarmı saxlanıldı
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
İsrail polisinin işğal altındakı Şərqi Qüdsdə Fransa ərazisi olan “Pater Noster” kilsəsində iki fransız jandarmını saxladığı bildirilib.
Publika.az xəbər verir ki, İsrail mətbuatında çıxan xəbərlərə görə, Fransa xarici işlər naziri Jan Noel Barron Şərqi Qüdsdəki “Pater Noster” kilsəsini ziyarət etməzdən əvvəl İsrail polisi ilə fransız jandarmları arasında gərginlik yaşanıb.
Fransız jandarmları İsrail polisinin kilsəyə daxil olmasına mane olduğu üçün aralarında gərginlik artıb. İsrail polisi fransız jandarmları saxlayıb və polis maşını ilə ərazidən uzaqlaşdırıb.
Fransa mətbuatında yer alan xəbərlərə görə, Barron İsrail polisinin Fransaya məxsus əraziyə icazəsiz və silahla daxil olduğunu bildirib. O, bu vəziyyətin qəbuledilməz olduğunu deyib.
İsrail polisinin kilsəsənin yerləşdiyi ərazini tərk etməkdən imtina etdiyini deyən Barron bu gün də bu əraziyə daxil ola bilməyəcəklərini qeyd edib.
Nazir həmçinin bildirib ki, Fransanın məsuliyyəti altında olan bir ərazidə bu pozuntu İsraillə əlaqələri zəiflədir.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 Noyabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















