İsrail İordaniya ilə sərhəddə hasar çəkəcək
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
İsrailin müdafiə naziri İsrael Katz yəhudi dövləti ilə İordaniya sərhədində hasarın tikintisini fəal şəkildə təşviq edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə İsrail Ordusunun Mərkəzi Komandanlığına səfəri zamanı bildirib.
"Biz İranın İsrailə qarşı şərq cəbhəsi yaratmaq üçün yorulmaz səylərini qeydə alırıq. Mən İsrail və İordaniya sərhədində hasarın tikintisini fəal şəkildə təşviq etmək qərarına gəldim", - İsrail Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Xatırladaq ki, Yaxın Şərqdə Fələstinin HƏMAS radikal hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsindən sonra vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Noyabr 2024 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















