Icma.az
close
up
RU
İsrail İran eskalasiyası dayandırılsa da, sülh hələ uzaqdadır

İsrail İran eskalasiyası dayandırılsa da, sülh hələ uzaqdadır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Tehrana qarşı müharibədə qələbə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və Fələstinin radikal HƏMAS hərəkatının məğlubiyyəti üçün geniş imkanlar açır. O, bu bəyanatı Şin Bet müəssisəsinə səfəri zamanı verib. Netanyahu qeyd edib ki, biz varlığımız üçün iki ölümcül təhlükəni aradan qaldırdıq. 

Netanyahu bildirib ki, bu qələbədən sonra ilk növbədə, girovların azad edilməsi üçün geniş imkanlar açıldı. Baş nazir əlavə edib ki, İsrail həmçinin Qəzza məsələsini həll etməli və HƏMAS-ı məğlub etməlidir: "İnanıram ki, biz hər iki məqsədə nail olacağıq".


"İsrail atəşkəsə əməl etməyəcək" - Musəvi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdürrəhim Musəvi deyib ki, İran hakimiyyəti İsrailin atəşkəs şərtlərinə əməl edəcəyinə şübhə edir. O bildirib ki, müharibənin təşəbbüskarı Tehran olmayıb: "Lakin təcavüzkara var gücümüzlə cavab vermişik və düşmənin atəşi dayandırmaq üzrə öhdəliklərini yerinə yetirəcəyinə şübhə etdiyimiz üçün təkrar təcavüz olacağı təqdirdə ona yenidən qəti cavab verməyə hazırıq".


Uranı zənginləşdirməyə davam edəcəyik - İrəvani

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib ki, İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır. Diplomat bildirib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əsasən, uranın zənginləşdirilməsi fəaliyyəti İranın ayrılmaz hüququdur: "Və biz bu hüququmuzdan istifadə etmək istəyirik". İranın xarici işlər naziri Abbas Araqçi BMT Təhlükəsizlik Şurasını İsrail və ABŞ-ni təcavüz aktının təşəbbüskarı kimi tanımağa və onlardan Tehrana dəyən zərərin ödənilməsini tələb etməyə çağırıb. O, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb. 


İran bununla ərəb ölkələrinin etimadını itirdi - BƏƏ

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri Ənvər Qərqaş deyib ki, İran Qətərdə yerləşən ABŞ hərbi bazasına raket zərbəsi endirdikdən sonra ərəb ölkələrinin etimadını yenidən qazanmalı olacaq. Onun sözlərinə görə, Fars körfəzi ölkələri İsrailin İrana qarşı apardığı müharibəyə qarşı qətiyyətli və fəal mövqe tutublar, bütün beynəlxalq platformalarda gərginliyin azaldılmasına çalışıblar və ilk növbədə İranın nüvə məsələsi ilə bağlı siyasi həll yolunun tapılmasına çağırıblar: "Buna baxmayaraq, İran qardaş ölkə Qətərin suverenliyini hədəf almağı seçdi və bu hücum bizi – hamımızı əhatə edir".  


"İsrail-İran qarşıdurmasındakı misli görünməmiş təcrübə bir neçə mətləbi üzə çıxaracaq"

Siyasi şərhçi Aqşin Kərimov deyib ki, İsrail-İran hərbi eskalasiyanın atəşkəslə dayandırılması baş tutsa da, tərəflər arasındakı münaqişənin sonlanmasından danışmaq tezdir. Ekspert bildirib ki, Yaxın Şərqdəki İsrail-İran qarşıdurmasındakı misli görünməmiş təcrübə bir neçə mətləbi üzə çıxaracaq: "İlk növbədə qlobal nizam və onun qaydaları, regionlar üzrə paylanma əmsalı Rusiya-Ukrayna müharibəsinin gedişatına uyğun olaraq dəyişir. Gələcək trayektoriyada İranla İsrailin perspektiv əlaqələrində tərəflərin bir-biri ilə danışıq aparması üçün yaxşı bir presedent yaranır. Bu, tərəflərin strateji məqsəd və vəzifələrini sürpriz görüşlər vasitəsilə bir-birlərinə çatdırması üçün unikal diplomatik kanal ola bilər. Ehtimalla, Çin, Rusiya və ABŞ arasında İran-İsrail münasibətlərinin tənzimlənməsi üçün moderatorluq uğrunda mübarizə gedəcək. Lakin İsrail-İran raket müharibəsində Azərbaycanın strateji təmkinə əsaslanaraq tutduğu mövqe onun da brokerlik üçün təsir imkanlarını artıra bilər".


"Rusiya ilə ABŞ bir plan hazırlığında görünə bilərdi..."

A.Kərimovun fikrincə, Təl-Əvivlə Tehran arasındakı hərbi eskalasiya başqa bir tərəfdən Rusiya-ABŞ əlaqələrindəki dinamikadan qaynaqlanırdı: "İranla İsrail arasındakı əlaqələrdə müharibə ritorikası yeni olmasa da, baş verən toqquşma elə Ukraynadakı müharibənin yaratdığı geosiyasi təsirlərin bir hissəsi idi. Donald Trampın 2025-ci ildə ikinci dəfə prezidentlik fəaliyyətinə başlamasından sonra onun Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkofun Ukrayna müharibəsi üzrə danışıqlardakı iştirakı da hər şeyi deyə bilər. Rusiya ilə ABŞ Ukraynadakı müharibə ilə Yaxın Şərqdəki dinamikaları tutuşdurmaq və nəticələri bölüşdürmək üçün bir plan hazırlığında görünə bilərdi. Lakin bunun yekun sövdələşmə üçün hansı təsirlər yaratdığı sual altındadır. Görünən isə budur ki, Rusiyanın İrana soyuq dəstək göstərməsi, nüvə proqramının inkişafı ilə əlaqədar ABŞ ilə aşağı-yuxarı eyni mövqeni bölüşməsi də təsadüf deyildi".  


"İran daxilində bəzi ruhanilərin və mötədil qüvvələrin..."

Siyasi şərhçi əlavə edib ki, İranla İsrail arasındakı qarşıdurma xətləri İrandaxili ali rəhbərlik institutunda imtiyaz qazanmaq proseslərini sürətləndirdi: "İranda ali rəhbər Seyid Əli Xameneinin hakimiyyətdən getməsi ehtimallarına uyğun olaraq onun əvəzlənməsi üçün föqvəladə vəziyyət planının hazırlandığı bildirilir. Başqa yandan, İran daxilində bəzi ruhanilərin və mötədil qüvvələrin İsraillə münasibətlərdə atəşkəsə nail olmaq səylərinin artdığı vurğulanır ki, bu da post-Xamenei dövrü üçün siqnalların güclənməsinə eyham vurur. Çinin Tayvana müdaxiləsi versiyaları bundan sonra beynəlxalq müzakirələrdə öz çəkisini ağırlaşdıracaq. Yaxın Şərqdəki dinamikalardan sonra Asiya-Sakit Okeanı regionunda da səs-küy doğuracaq hadisələrin baş verəcəyi istisna deyil. Bu, geostrateji məntiqin bir davamıdır, lakin onun birbaşa necəliyini təsvir etmək asan deyil. Azərbaycan-Ermənistan münasibətlərindəki sülh gündəminə qayıdış yeni regional reallıqlarla tutuşdurulacaq. Azərbaycanın Zəngəzur dəhlizini açması üçün fəaliyyətlərini intensivləşdirəcəyi həm də İranla yeni münasibətlər fonunda irəliləyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri