Icma.az
close
up
RU
İsrail İran generallarını necə öldürüb?

İsrail İran generallarını necə öldürüb?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail iyun ayında İranın yüksək rütbəli hərbi rəhbərlərini və aparıcı alimlərini onların mühafizəçilərinin ehtiyatsızlığı hesabına asanlıqla zərərsizləşdirə bilib.

Modern.az xəbər verir ki, bu barədə The New York Times İsrail və İran rəsmilərinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, illərdir İran rəhbərliyinin mühafizəçiləri sosial şəbəkələrdən aktiv istifadə edib və gizli görüşlərə mobil telefonlarını aparıblar. Bu isə İsrail kəşfiyyatına hədəfləri izləmək və koordinatları dəqiqləşdirmək imkanı verib.

Mənbə nümunə kimi İranla İsrail arasında müharibənin dördüncü günündə keçirilən fövqəladə toplantını göstərib. Təhlükəsizlik Şurasının gizli iclası Tehranın qərbində, 30 metr dərinlikdə yerləşən bunkerdə baş tutub. Görüşdə İran prezidenti Məsud Pezeşkian, ədliyyə və kəşfiyyat nazirləri, həmçinin yüksək rütbəli komandirlər iştirak edib. İştirakçılar mobil telefonlarını özü ilə götürməsələr də, İsrail aviasiyası qısa müddət sonra bunkerə zərbə endirib. Altı bomba giriş və çıxış qapılarını hədəf alıb. Rəsmi şəxslər sağ qalsa da, bir neçə mühafizəçi hadisə yerində həlak olub.

Qəzetin məlumatına görə, İsrail kəşfiyyatı hələ 2022-ci ildən İranın nüvə proqramında çalışan alimləri izləyib. İlkin siyahıda 400 nəfər yer alsa da, sonradan əsas diqqət 13 ən vacib mütəxəssisin zərərsizləşdirilməsinə yönəlib. Paralel olaraq, İranın yüksək rütbəli hərbi komandirlərinin də aradan götürülməsi planlaşdırılıb və onların hamısı müharibənin ilk günlərində məhv edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2025 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see458

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see406

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see294

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see270

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see259

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see253

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see245

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see230

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see207

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see202

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see196

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see195

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see189

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see188

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see188

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see186

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see181

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see180

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see171

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri