Icma.az
close
up
RU
İsrail İran gərginliyi səngimir: Atəşkəs pozula bilər Açıqlama

İsrail İran gərginliyi səngimir: Atəşkəs pozula bilər Açıqlama

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail Müdafiə naziri İsrael Katz, İranla 12 günlük müharibədən sonra əldə olunan atəşkəsin üzərindən bir ay keçsə də, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə sərt xəbərdarlıq edib.


Sfera.az xəbər verir ki, Katz İsrailin cənubundakı Ramon aviabazasında çıxış edərək bildirib:

“Əgər İsraili təhdid etməyə davam etsəniz, bizim uzun qolumuz yenidən Tehrana və birbaşa sizə daha böyük güclə çatacaq. Təhdid etməyin, yoxsa nəticələrini görəcəksiniz”.


Qeyd edək ki, bundan öncə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi atəşkəsin pozula biləcəyini istisna etməmiş və ABŞ ilə danışıqlar üçün hücumların dayandırılmasına dair təminat istəmişdi.


Sözügedən məsələ ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, hər iki tərəfin açıqlamaları mövcud atəşkəsin kifayət qədər kövrək olduğunu və yenidən pozulma ehtimalının real göründüyünü göstərir. 


Onun sözlərinə görə, diqqətçəkən məqam Katzın sərt təhdidinin məhz iranlı diplomatın açıqlamalarından sonra səslənməsidir:


“Görünür, burada əsas məqsəd İran–ABŞ danışıqlarının bərpasına mane olmaq və prosesin irəliləməsinə imkan verməməkdir.
Təl-Əviv heç bir halda Vaşinqtonla Tehran arasında münasibətlərin normallaşmasını istəmir. Xatırlatmaq yerinə düşər ki, İsrailin İrana son hücumunun da əsas hədəfi məhz müzakirələrin qarşısını almaq idi və baş nazir Benyamin Netanyahu komandası ilə birlikdə 12 gün davam edən savaş nəticəsində buna nail oldu”.

K.Novruzov hazırkı vəziyyətdə nüvə danışıqlarının yenidən bərpasının daha da çətin göründüyünü qeyd edib. 


Onun fikrincə, bunun üçün əvvəlcə ABŞ İranın etimadını qazanmalıdır: 


“Lakin İsrailin mövqeyi göstərir ki, bu prosesin qarşısını almaq üçün bütün vasitələrdən istifadə ediləcək. Yeni bir hücum olmasa belə, səslənən sərt bəyanatlar və ortaya qoyulan siyasət Tehranı ehtiyatlı davranmağa vadar edə bilər. Digər tərəfdən, Qəzzadakı gərginliklər sona çatdıqdan sonra Netanyahunun hakimiyyətdən getməsi və hətta onun məsuliyyətə cəlb olunması istisna deyil. Məhz bu səbəbdən o, iqtidarını qorumaq üçün müharibə variantını ön planda saxlayır”.

Şərhçi əlavə edib ki, İsrailin İrana qarşı mümkün yeni hücumları da həm regiondakı gərginliyi artırmaq, həm də Netanyahunun siyasi ömrünü uzatmaq cəhdi kimi qiymətləndirilə bilər:

"Bir sözlə, Yaxın Şərq üzərindəki “qara buludlar” hələ də dağılmayıb. Əksinə, ola bilsin ki, bölgə hazırda “fırtınaqabağı səssizlik” mərhələsindən keçir".

Fidan Hacızadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri