Icma.az
close
up
RU
İsrail İran hücumları üçün 5 ən pis ssenari: Bundan sonra nə olacaq?

İsrail İran hücumları üçün 5 ən pis ssenari: Bundan sonra nə olacaq?

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail və İran arasında toqquşmaların hələlik iki ölkə ilə məhdudlaşdığı görünür. Birləşmiş Millətlər Təşkilatında və başqa yerlərdə təmkinli olmağa çağırışlar geniş yayılmışdır. Bəs bu çağırışlar yerinə yetirilməsə, toqquşmalar böyüyərsə və genişlənərsə necə? 

Ölkə.Az "Haber Global"a istinadla mümkün olan ən pis ssenariləri təqdim edir:

İsrailin İrana qarşı genişmiqyaslı hava hücumları İranın cavab tədbirləri və İsrailin hücumları ilə davam edir. İki gün davam edən qarşıdurmanın nə vaxt və necə bitəcəyi bəlli olmasa da, dünya mətbuatı qarşılaşa biləcək “ən pis ssenariləri” də araşdırıb.

BBC-nin qiymətləndirməsinə görə, çağırışlara cavab verilməsə və münaqişə davam edərsə, dünya 5 mümkün ən pis ssenari ilə üzləşəcək.

1. ABŞ müharibəyə cəlb edilə bilər

ABŞ İsrailin hücumlarında iştirak etmədiyini iddia etsə də, İran hesab edir ki, ABŞ qüvvələri İsrailin hücumlarını təsdiqləyir və ya ən azı üstüörtülü şəkildə onlara dəstək verir.

BBC İranın Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum edə biləcəyini proqnozlaşdırıb. Bu mümkün hədəflər arasında İraqdakı xüsusi təyinatlıların düşərgələri, Körfəzdəki hərbi bazalar və bölgədəki diplomatik missiyaların olduğu bildirilib. 

Xəbərdə bölgədə İranın dəstəklədiyi Hizbullah və HƏMAS-ın son illərdə gücünü itirmiş ola biləcəyinə işarə edilib, lakin İraqda İranın dəstəklədiyi qrupların hələ də silahlı olduğu və zərər görmədiyi iddia edilib.

ABŞ faktiki olaraq bu cür hücumlardan qorxaraq öz personalının bir hissəsini bölgədən çıxarıb. Digər tərəfdən, əgər ABŞ vətəndaşları İranın hücumları nəticəsində həlak olarsa, ABŞ Prezidenti Donald Tramp özünü hərəkətə keçmək məcburiyyətində qaldığı vəziyyətdə tapa bilər.

İsrailin baş naziri Benyamin Netanyahu da tez-tez ABŞ-ni İranı məğlub etməyə köməyə çağırmaqda ittiham olunur.

Hərbi analitiklərin fikrincə, yalnız ABŞ-da İranın Fordo kimi dərin nüvə obyektlərinə çata bilən bombardmançı təyyarələrivə bunker bombaları var.

ABŞ münaqişədə fəal iştirak edərsə, bu o deməkdir ki, zorakılıq, gərginlik və münaqişə uzun müddət davam edə bilər.

2. Körfəz ölkələri də müharibəyə cəlb edilə bilər

BBC-nin məlumatına görə, İran İsraildəki hərbi və digər hədəflərə zərər verə bilməsə,  xüsusilə düşmənlərinə kömək etməkdə ittiham etdiyi ölkələr də daxil olmaqla Körfəzdə "daha yumşaq hədəfləri" vuracağı düşünülür. Regionda bir çox enerji və infrastruktur hədəfləri var. İran 2019-cu ildə Səudiyyə Ərəbistanındakı neft yataqlarına hücumda ittiham edilib. İranın dəstəklədiyi husilər 2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də hədəfləri vurublar.

O vaxtdan bəri İranla bəzi region ölkələri arasında müəyyən yaxınlaşma var, lakin bu ölkələr ABŞ-nin hava bazalarına da ev sahibliyi edirlər. Bu ölkələrdən bəziləri keçən il İranın raket hücumlarına qarşı İsrailə özünü müdafiə etməyə kömək edib.

Körfəz ölkələri hücumla üzləşərsə, bu ölkələr öz müdafiələri üçün ABŞ və İsraildən də kömək istəyə bilər və bu tələb ABŞ döyüş təyyarələri şəklində ola bilər.

3. İranın nüvə gələcəyi

İsrail İrana hücumlarında İranın nüvə və hərbi obyektlərini hədəfə alıb. İranın uranı zənginləşdirməsini istəməyən və onun bir gün nüvə silahına sahib olması ehtimalına qarşı çıxan İsrail, buna görə də İranın nüvə potensialını hədəfə alır.

BBC İranın nüvə obyektlərinin yaxşı qorunduğunu və yerin altında olduğunu xatırladaraq yazır: “Bəs 60% zənginləşdirilmiş 400 kiloqram uran məhv edilməsə nə olacaq?”

Buna görə də, İsrailin hücumları İran rəhbərliyini inandıra bilər ki, “sonrakı hücumları dayandırmağın yeganə yolu mümkün qədər tez nüvə potensialı yarışına çıxmaqdır”.
Bu məqamda İranın yeni hərbi rəhbərlərinin ölən sələflərinə nisbətən “daha dikbaş” və “daha az ehtiyatlı” olma ehtimalı da var. Belə olan halda İsrail yeni hücumlara da əl ata bilər ki, bu da regionu hücumlar və əks-hücumlar spiralına sürükləyə bilər.

4. Qlobal iqtisadi şok ola bilər

Digər ən pis ssenari isə dünya üçün iqtisadi şokdur. Neftin qiymətinin artdığı bir vaxtda İran çox güman ki, Hörmüz boğazını bağlayacaq və neftin hərəkətini məhdudlaşdıracaq. Bu arada Yəməndəki husilər Qırmızı dənizdə gəmilərə hücumlarını yenidən artıra bilər.

Dünyanın bir çox ölkəsində artıq yaşayış xərcləri böhranı yaşandığı bir vaxtda neftin qiymətinin artması qlobal miqyasda inflyasiyanın artmasına səbəb ola bilər. Bu, ABŞ Prezidenti Donald Trampın tarifləri ilə birləşdirildikdə işləri daha da çətinləşdirə bilər.

5. Mümkün iqtidar boşluğu necə dolacaq?

BBC nəhayət, “İsrail İranda rejimin dağılmasına təmin etmək kimi uzunmüddətli məqsədinə nail olarsa, nə baş verəcək? sualına cavab axtarıb.

İsrailin baş naziri Binyamin Netanyahu dünən verdiyi açıqlamada, onların əsas məqsədlərinin İranın nüvə potensialını aradan qaldırmaq olduğunu, eyni zamanda İranda "rejim dəyişikliyi"ni hədəflədiyini deyib.

BBC-nin məlumatına görə, belə bir vəziyyət geridə böyük bir “vakuum” və ya “boşluq” qoya bilər. Xəbərdə "Bunun gözlənilməz nəticələri nə olacaq?", "İranda daxili qarşıdurma necə görünəcək?" suallarına cavab olaraq İraq və Liviyadakı hadisələr xatırladılıb.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyun 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri