İsrail İran komandirlərini onların cangüdənlərinin telefonlarını izləməklə hədəf alıb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail son 12 günlük müharibə zamanı İran hərbi və təhlükəsizlik rəsmilərini izləmək üçün onların cangüdənləri və sürücülərinin mobil telefonlarını "sındırıb".
"Azad İran" "Telegram" kanalı bu barədə "The New York Times"a istinadən məlumat yayıb.
Bildirilib ki, bu üsulla əldə edilən məlumatlar iyunun 16-da Tehranda Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilən məkana hücum zamanı da istifadə olunub. Həmin hücumda bir neçə mühafizəçi həlak olub.
Qəzetin məlumatına görə, mühafizəçilərin mobil telefonlardan ehtiyatsız istifadəsi - xüsusilə də sosial mediada paylaşdıqları məlumatlar - İsrailə İran hərbçilərinin hərəkətlərini izləmək və nüvə proqramı ilə bağlı fəaliyyətləri hədəfə almaqda yardımçı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 30 Avqust 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















