Icma.az
close
up
RU
İsrail İran müharibəsi: kim qalib gəldi? Gözdən qaçan detallar

İsrail İran müharibəsi: kim qalib gəldi? Gözdən qaçan detallar

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İsrail ilə İran arasında 12 gün davam edən gərginlik müharibə kimi qiymətləndirilsə də, klassik anlamda total savaş deyildi. Tərəflər aviasiya və raket hücumları həyata keçirdi və ciddi itkilər oldu. Lakin quru əməliyyatlarının olmaması, həmçinin hava və dənizdən desant hücumlarının baş verməməsi bu qarşıdurmanın xarakterini dəyişdi. Bu, daha çox yüksək texnologiyalı və informasiya müharibəsinə yaxın bir toqquşma idi.

ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs tam şəkildə icra olunmasa da, müvəqqəti sülh vəziyyəti yarandı. Buna baxmayaraq, hər iki tərəf özünü qalib elan etdi. İsrail Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində İsrailin İran üzərində “tarixi qələbə” qazandığını bəyan etdi. Onun sözlərinə görə, İsrail iki əsas təhlükəni aradan qaldırıb: İranın nüvə proqramını dondurmaq və 20 min ballistik raket təhlükəsini neytrallaşdırmaq.

Netanyahu vurğuladı ki, İranın nüvə silahı olmayacaq və bu istiqamətdə istənilən cəhdin qarşısı qətiyyətlə alınacaq. Digər tərəfdən, iranlılar da Tehranda toplaşaraq “qalibiyyət bayramı” keçirdilər və müqaviməti dəstəklədiklərini, xarici təhdidlərə qarşı dayanacaqlarını bəyan etdilər.

Hər iki tərəfin “qalibik” iddiaları daha çox informasiya və daxili siyasət meydanında atılan addımdır. Reallıq ondan ibarətdir ki, İsrail İranı tam susdura bilmədi, İran isə istədiyi strateji nəticəni əldə edə bilmədi. Qarşılıqlı zərbələr vuruldu, strateji obyektlər zədələndi, itkilər oldu və hər iki tərəf daha böyük müharibədən qaçaraq atəşkəsə razılaşdı.

Bu hadisə göstərdi ki, müasir müharibələrdə tərəflərin bir-birinə üstün gəlməsi klassik mənada asan deyil. Texnoloji və informasiya müharibəsi bir-birinə qarışır və qalibiyyət təəssüratı yaratmaqla kifayətlənilir. Həqiqətdə isə ortada tam qalib yoxdur, sadəcə, hər iki tərəfin yarımçıq uğurları və dərinləşmiş düşmənçilik mövcuddur.

Faktiki olaraq, əldə olunan atəşkəs qəti sülh deyil, müvəqqəti sakitlikdir. Xüsusilə qeyd etmək lazımdır ki, İsrail hədəflərinə tam nail olmayıb. Gərginlik yaxın gələcəkdə yenidən alovlana bilər. İsrailin əsas məqsədi sadəcə nüvə obyektlərini zərərsizləşdirmək deyil, İran rejiminin dəyişdirilməsi və ölkənin parçalanmasıdır. Bu isə hərbi əməliyyatlarla həyata keçməsi mümkün olmayan, uzunmüddətli strateji hədəfdir.

İsrail üçün İran təkcə nüvə proqramı deyil, həm də regiondakı siyasi və hərbi təsiridir. Buna görə münaqişənin hərbi fazası qədər siyasi və təhlükəsizlik aspektləri də böyük önəm daşıyır. İndiyədək İsrail bu hədəfə tam çata bilməyib. İran rejimi mövcudluğunu qoruyur, nüvə proqramı tam dayandırılmayıb və ölkədə siyasi sabitlik pozulmayıb.

Bütün bunlar onu göstərir ki, bölgədə vəziyyət mürəkkəb və qeyri-sabit olaraq qalacaq. Atəşkəs müvəqqəti sakitliyi təmin etsə də, əsas problemlər həllini tapmayıb. İranın mövcud hakimiyyəti və nüvə proqramı davam etdiyi müddətdə İsrail üçün təhlükə aradan qalxmayacaq. Nəticədə gərginlik yenidən baş qaldıra, daha genişmiqyaslı formada davam edə bilər.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 İyun 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri