İsrail İrana casusluq edən şəxsi ələ keçirdi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İsrail İran kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən və Negev Nüvə Araşdırmaları Mərkəzi ilə bağlı həssas məlumatları satmağa cəhd etməkdə ittiham olunan şəxsi saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə “İsrael HaYom” qəzeti məlumat yayıb.
Məlumata görə, Doron Buhobza adlı İsrail vətəndaşı İranın xüsusi xidmət orqanları ilə qəsdən əlaqə saxlamaqda və məxfi məlumatları satmağı təklif etməkdə ittiham olunur.
Rəsmi məlumatlara görə, o, son aylarda İran kəşfiyyatçılarının göstərişi ilə tapşırıqlar yerinə yetirib və bunun müqabilində pul alıb.
İsrailin Cənub Bölgəsi Prokurorluğunun verdiyi məlumatda bildirilib ki, Buhobza həssas obyektlər haqqında məlumat verməklə yanaşı, bəzi yerlərin görüntülərini də İran tərəfinə göndərib.
"Onun nüvə obyektlərinə birbaşa çıxışı olmasa da, verdiyi məlumatlar İsrailin təhlükəsizliyinə təhlükə yarada bilərdi", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 Mart 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















