İSRAİL İRANA HÜCUMA BAŞLAYIB ABŞ dəstək verir, dini liderin ofisi vurulub
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün ABŞ-la İran arasındakı danışıqların ümidverici olmasına baxmayaraq, İsrail gözlənilmədən İrana qarşı hava hücumuna start verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail bu hücumu İranın gözlənilən hücumunu zərrəsizləşdirmək üçün qabaqlayıcı zərbə kimi yoxur.
Məlumata əsasən, artıq İranın paytaxtı Tehranda yeni partlayışlar baş verir.
İsrail mediası hücumlarda İranın dövlət rəhbərlərinin hədəf alındığını yazır.
İsrail ordusu isə ölkəyə mümkün raket atılması halında ictimaiyyəti sığınacaqlara yönlənməyə çağırıb.
Hökumət isə İranın mümkün qisasına qarşı İsraildə fövqəladə vəziyyət elan edib
Fars Xəbər Agentliyi isə İsrailin Tehranın Universitet Küçəsi və Respublika ərazisinə zərbələr endirdiyini açıqlayıb.
"Reuters" isə Mehrabad Hava Limanının vurulduğunu yazıb. Bildirilib ki, hücumda ABŞ gücləri də iştirak edir.
Bəzi media orqanları isə Tehranın mərkəzində İranın ali lideri Əli Xameneinin əsas iqamətgahına da zərbə endirildiyini bildirib. Hələlik itkilər haqqında isə xəbər yoxdur.
Məlumata görə, İrana qarşı hücum davam edir. Tehranın isə gün ərzində İsrailə və ABŞ-ın bölgədəki hərbi bazalarına zərbə endirəcəyi xəbərləri tirajlanıb.
Samir MUSAYEV
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 28 Fevral 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















