İsrail İrana qarşı yeni regional ittifaq yaratmaq üzərində işləyir
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin İrana və “Müsəlman Qardaşları”na qarşı yeni regional ittifaq yaratmaq üzərində işlədiyini bildirib.
APA xəbər verir ki, Netanyahu bu barədə “Shin Bet” kimi də tanınan İsrail Təhlükəsizlik Agentliyinin konfransında çıxışı zamanı danışıb.
Hökumət başçısı yaradılan ittifaqın bir çox ölkəni əhatə etdiyini irəli sürüb.
“Bəziləri bu günlərdə bizi ziyarət edir, bəzilərini isə biz ziyarət edirik. Mən Yaxın Şərqi əhatə edən bütöv bir dairədən danışıram”, – o vurğulayıb.
Bundan əlavə, Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza planının irəliləyişinə toxunaraq, HAMAS-ın tərksilah edilməsinin vacibliyindən də danışıb.
“Bu, ya asan yolla, ya da çətin yolla baş verəcək. Amma baş verəcək”, – o əlavə edib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 24 Fevral 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















