Icma.az
close
up
RU
İsrail İranı bombalasa da, o şəhəri vurmur, səbəbi isə... FOTO

İsrail İranı bombalasa da, o şəhəri vurmur, səbəbi isə... FOTO

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 13-dən bəri başlayan hücumlarda İsrail əsas məqsədinin İranın nüvə obyektləri olduğunu desə də, 1 nüvə obyekti var ki, onu hədəf kimi seçməyib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət Buşehrdə yerləşən Atom Elektrik Stansiyasından gedir.

İsrailin sözügedən əraziyə hücum etməməsinin əsas səbəbi isə bu AES-də rus texniki işçilərin cəmləşməsi göstərilir.

Kremlin bəyanatında bu ifadələr yer alıb: 

“Biz İsrail administrasiyasını İrandakı nüvə obyektlərinə hücumları dərhal dayandırmağa çağırırıq və rusiyalı mütəxəssislərin işlədiyi Buşəhr zavodunun təhlükəsizliyindən narahatıq”.

Rusiya Prezidenti Vladimir Putin İranda işləyən rusların təhlükəsizliyini təmin etmək üçün İsrail administrasiyası ilə razılığa gəldiklərini söyləyib.

Qeyd edək ki, hücumlarının ilk günlərində İsrail Natanz və Fordo nüvə obyektlərini vurub. İran tərəfi Qum şəhərindəki Fordo Nüvə Zavoduna cüzi ziyan dəysə də, heç bir nüvə çirklənməsi baş vermədiyini bildirib. Natanz Nüvə obyektinin daxilində isə nüvə çirklənməsi baş verdiyi, lakin bu çirklənmənin obyektdən kənara yayılmadığı açıqlanıb.

Sözügedən nüvə obyektlərinə zərbə endirməsinə baxmayaraq, İsrail Buşəhri hədəfə almaqdan çəkinib və hazırda obyektdə 200-dən çox rus texnikinin çalışdığı bildirilir.

Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatı 1974-cü ildə fəaliyyətə başladıqdan təxminən 2 il sonra İran və Almaniya atom elektrik stansiyası tikmək barədə razılığa gəliblər. Layihənin təxminən 70%-i tamamlandıqda, alman podratçılar İranda 1979-cu il inqilabına görə layihədən imtina edib.
İnqilabdan sonra almanlarla başlayan ikinci tikinti prosesi İran-İraq müharibəsi zamanı İraqın Buşəhri bombalaması ilə bir daha dayanıb.
Tehran administrasiyası 1995-ci ildə Rusiya ilə obyektin tikintisi ilə bağlı müqavilə imzalayıb. AES  2012-ci ildə tam gücü ilə fəaliyyətə başlayıb və 2013-cü ilin sentyabrında İrana verilib.

Fars körfəzi sahilində yerləşən Buşəhr əyalətində 1000 meqavatlıq nüvə stansiyası 2011-ci il sentyabrın 4-də ilkin 60 meqavatlıq elektrik enerjisi istehsalı ilə fəaliyyətə başlayıb. İranın keçmiş prezidenti Həsən Ruhani 2015-ci ilin yanvarında Buşehrə səfəri zamanı elektrik stansiyasının elektrik enerjisi istehsalının 3000 meqavata yüksəldiyini açıqlamışdı.

Billurə Yunus


 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 İyun 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri