İsrail Livana hava zərbələri endirdi: 50yə yaxın ölən var
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
İsrailin Livanın şərqindəki Baalbek şəhəri yaxınlığındakı bir neçə qəsəbəyə endirdiyi aviazərbələr nəticəsində azı 47 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Livanın Baalbek-Hermel əyalətinin qubernatoru Bəşir Xodr məlumat verib.
"Hazırda ölənlərin sayı 47-yə çatıb, 22 nəfər yaralanıb, dağıntıların təmizlənməsi üzrə işlər və itkin düşənlərin axtarışı davam edir", - Xodr "X" sosial şəbəkəsindəki hesabında yazıb.
İsrail Ordusunun Mətbuat Xidmətinin məlumatına görə, aviasiya Beyrutun kənarında növbəti zərbələr seriyasını tamamlayıb. Bu, günün əvvəlindən bəri dördüncü hücumdur.
Hücum edilən hədəflər arasında Beyrut yaxınlığındakı Dahiya bölgəsində "Hizbullah" təşkilatının silah anbarları, komanda qərargahları və terror infrastrukturunun yerləşdiyi qeyd olunub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 21 Noyabr 2024 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















