Icma.az
close
up
RU
İsrail Livana hücum edib: 1 nəfər ölüb, 7 yaralının olduğu bildirilir

İsrail Livana hücum edib: 1 nəfər ölüb, 7 yaralının olduğu bildirilir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İsrail ordusunun Livanın cənubunda atəşkəsi növbəti dəfə pozaraq hücum etməsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, Livan Səhiyyə Nazirliyi İsrail ordusunun bu gün səhər saatlarında ölkənin cənubundakı əl-Museylih bölgəsini döyüş təyyarələri ilə hədəfə aldığını açıqlayıb.

Nazirlikdən verilən açıqlamada hücumlarda bir suriyalının öldüyü, ikisi qadın olmaqla yeddi nəfərin yaralandığı bildirilib.

Livanın rəsmi xəbər agentliyi NNA-nın verdiyi xəbərə görə, İsrail döyüş təyyarələri 10 hava hücumu təşkil edib, bunlardan altısı Musaylih yolundakı buldozer və ekskavator satış məntəqələrini hədəf alıb. Hücum nəticəsində Musaylih yolu tamamilə bağlanıb.

Qeyd olunur ki, İsrail ordusunun bu hücumu 2024-cü ilin noyabrında atəşkəsdən sonra Livanda iqtisadi zonanı hədəf alan "ən böyük hava hücumu" olub. Hücum zamanı döyüş təyyarələrinin bölgəyə çoxsaylı raketlər atdığı, güclü partlayışlara və əhəmiyyətli dağıntılara səbəb olduğu bildirilib.

300-dən çox maşın, o cümlədən buldozerlər və ekskavatorlar tamailə məhv edilib; sənaye obyektlərinə külli miqdarda ziyan dəyib, çoxlu park edilmiş avtomobillərə də ziyan dəyib. Tamamilə dağılan ərazi Livanda ən geniş tikinti texnikası satış sahələrindən biri olub və hücumun vurduğu maddi ziyanın yüz milyonlarla dollar olduğu təxmin edilir.

Hücum zamanı yüksək gərginlikli elektrik xətti də zədələnib və partlayışın zərbəsi hədəf alınan ərazidən yüzlərlə metr aralıda çoxlu sayda ev, mağaza və iş yerlərinin şüşələrini sındırıb.

Bu arada İsrail ordusundan verilən açıqlamada Hizbullahın Livanın cənubundakı infrastrukturunun hədəf alındığı iddia edilib. Açıqlamada Hizbullahın infrastrukturunu yenidən qurmaq üçün istifadə etdiyi iddia edilən avtomobillərin hədəfə alındığı qeyd edilib.

İsrail 27 noyabr 2024-cü ildə Livanla imzaladığı atəşkəs razılaşmasını demək olar ki, hər gün hücumlarla pozur. Rəsmi məlumatlara görə, İsrail razılaşmanı 4500 dəfədən çox pozub, nəticədə ən azı 283 nəfər ölüb, 630 nəfər yaralanıb.

İsrail ordusunun Livana hücumları nəticəsində 4000-dən çox insan həlak olub, təxminən 17.000 nəfər yaralanıb.

Bundan başqa, Livana qurudan hücumlar zamanı sərhəddəki qəsəbələrə daxil olan İsrail ordusu, atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq, bölgədəki 5 məntəqəni işğal etməyə davam edir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri