İsrail Livana zərbələr endirib Hizbullah ın silah deposu vurulub
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, Livanın şərqindəki Bekaa bölgəsinə hava zərbələri endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qeyd edilib ki, Livanın şərqindəki Bekaa vilayətində bir bölgədə Hizbullah qüvvələri və onların silah deposu vurulub: "Bu, İsrail üçün təhlükə yaratdığı üçün əməliyyat həyata keçirilib".
Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə isə vurulan ərazi ölkənin cənubundakı Ballabek şəhərinin Havş Tel Safiyya qəsəbəsindəki bir bina olub: "İsrail hücumdan əvvəl havaya atəş açaraq insanları binadan uzaqlaşdırıb. Bu səbəbdən itki qeydə alınmayıb"
Tahir Şəlvəli
MİA.AZ

İsrail Livana zərbələr endirib: Hizbullah ın iki üzvü öldürülüb
26 İyun 2025 17:44
İsrail “Hizbullah”ın maliyyə obyektlərinə zərbələr endirib
27 Noyabr 2024 02:09
İsrail “Hizbullah”ın Beyrutdakı obyektlərinə zərbələr endirib
09 Noyabr 2024 18:36
İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib
28 İyun 2025 23:36
İsrail Ordusu “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21 Mart 2025 05:22

