İsrail Livanda Hizbullah hədəflərini VURDU
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) Telegram kanalında məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri Livanın cənubunda yerləşən Hizbullah təşkilatına məxsus hədəflərə hava zərbələri endirib.
Qeyd olunub ki, açıqlamada bu addımın əvvəlki raket hücumlarına cavab olaraq həyata keçirildiyi vurğulanıb.
Məlumata görə, İsrail tərəfi Hizbullahın Ştulaya raket hücumlarına cavab olaraq Herbet Selem və Tulin bölgələrində hərbi obyektlərin vurulduğunu bildirib.
Açıqlamada qeyd edilib ki, həmin obyektlər İsrailə və İsrail hərbçilərinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub.
İsrail ordusu siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq təhlükələrə qarşı əməliyyatları davam etdirəcəyini də bəyan edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 24 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















