Icma.az
close
up
RU
İsrail Livandakı bufer zonanı tərk etməyəcək

İsrail Livandakı bufer zonanı tərk etməyəcək

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail Müdafiə Ordusu (ÇAHAL) Livanda nəzarət etdiyi mövqeləri yaxın zamanda tərk etməyəcək. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "The National" qəzeti Livan, Fransa və ABŞ-dəkiı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, buna səbəb "Hizbullah" təşkilatının fəaliyyəti və Suriyadakı vəziyyətlə bağlı strateji maraqlardır.

Qeyd edək ki, 27 noyabr 2024-cü ildə ABŞ və Fransanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasına əsasən, İsrailin 18 fevral 2025-ci il tarixinə qədər Livandan tamamilə çıxması nəzərdə tutulurdu.

Lakin İsrail ordusu beş strateji mövqedə qeyri-müəyyən müddətə qalacağını açıqlayıb. Bu mövqelər Livanla sərhəd ərazini nəzarətdə saxlamağa imkan verən yüksəkliklərdə yerləşir.

Livan rəhbərliyindəki mənbənin sözlərinə görə, ABŞ əvvəlcə İsrailin bölgədə qalmasına qarşı çıxıb. Ancaq İsrail ABŞ-ı bu beş strateji nöqtədə qalmasının zəruri olduğuna inandıra bilib.

ABŞ rəsmilərinin sözlərinə görə, İsrail ordusunun Livanı tərk etməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

1. Livan ordusunun Litani çayının cənubuna yerləşdirilməsi, "Hizbullah"ın bu ərazidən çıxarılması və onun hərbi infrastrukturlarının ləğv edilməsi.

2. Livan hakimiyyətinin "Hizbullah"ın ölkə daxilindəki fəaliyyətinə qarşı daha sərt mövqe tutması, təşkilatın tərksilah edilməsi və Livan dövlətinin ölkədə hərbi nəzarəti tam ələ alması.

ABŞ hesab edir ki, İsrailin Livandakı hərbi varlığı həm də Livan hakimiyyətini daha sərfəli şərtlərlə razılığa gəlməyə məcbur etmək məqsədi daşıyır.

Fransa Livandakı BMT Sülhməramlıları (UNIFIL) çərçivəsində bufer zonaya öz hərbi qüvvələrini yerləşdirməyi təklif edib. Lakin İsrail bu təklifi rədd edərək, bölgədə öz hərbi mövcudluğunu qoruyub saxlamağın vacib olduğunu bildirib.

Livan mənbələrinin sözlərinə görə, İsrailin əsas məqsədi yalnız "Hizbullah"ın fəaliyyətini məhdudlaşdırmaq deyil, həm də Livan və Suriyadakı siyasi prosesləri nəzarətdə saxlamaqdır.

Suriyada hazırda dövlət quruluşu islahat mərhələsində olduğu üçün İsrail bölgədəki vəziyyətin gələcəkdə necə dəyişəcəyini yaxından izləmək istəyir.

Səbinə Uğur
"Cebheinfo.az"

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri