İsrail Livanın cənubunda əməliyyat keçirib: Terrorçular və silah anbarları məhv edilib
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail ordusunun Livanın cənubunda keçirdiyi əməliyyat zamanı onlarla terrorçu öldürülüb, silah anbarı kimi istifadə edilən infrastrukturu məhv edilib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 91-ci diviziyanın komandanlığındakı “Komando” briqadasının hərbçiləri son günlər Livanın cənubunda, terrorçuların İsrailin yaşayış məntəqələrini atəşə tutduğu bölgədə əməliyyat keçirib. Hərbçilər çoxlu sayda silahlını öldürüb, həmçinin ərazini təmizləyərək raket qurğularını və yeraltı tunelləri məhv ediblər.
Əməliyyat zamanı 7-ci briqadanın hərbçiləri silah anbarı kimi istifadə edilən və içərisində sursat dolu qutuların saxlandığı şaxta aşkar ediblər. Partlayış nəticəsində şaxta məhv edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 16 Noyabr 2024 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















