İsrail Livanla sülh danışıqlarında Fransanın iştirakını rədd edib
Icma.az bildirir, Azertag portalına istinadən.
Paris, 15 aprel, AZƏRTAC
İsrailin ABŞ-dəki səfiri Yexiel Leiter aprelin 15-də Fransanın Livandakı rolunu tənqid edərək, Parisin İsrail və Livan arasında aparılan danışıqlara müdaxilə etməməli olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında keçirilmiş birbaşa danışıqların sonunda mətbuata açıqlamada Leiter fransızların bu danışıqlara qarışmasını istəmədiklərini deyib.
“Biz fransızların, demək olar ki, hər şeydən mümkün qədər uzaq durmalarını istəyirik, xüsusilə də sülh danışıqları zamanı”, - deyə diplomat bildirib.
ABŞ diplomatiyasının məlumatına görə, İsrail və Livan nümayəndələri Vaşinqtonda keçirilmiş müzakirələrdən sonra davamlı sülh üçün birbaşa danışıqlara başlamağı qəbul ediblər.
Baxış sayı:85
Bu xəbər 15 Aprel 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















