İsrail Lukaşenkonun bu sözündən şoka düşdü, səfiri çağırdı
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyunun 17-də Belarusun Təl-Əvivdəki səfiri Yuri Yaroşeviç İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
"İsrail xarici işlər naziri Gideon Saarın əmri ilə nazirliyin baş direktoru Eden Bar-Tal Belarus prezidentinin şok açıqlamalarına görə Belarus səfiri Yuri Yaroşeviçi çağırıb. İsrai, Belarus torpağında da baş verən Holokost dəhşətlərinin İsrailin terrora qarşı ədalətli müharibəsi ilə müqayisəsini qəti şəkildə rədd edir", - deyə bildirilib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə İsrailə Qəzza zolağındakı hərbi əməliyyatın nəticələrinə beynəlxalq ictimaiyyətin reaksiyasını nəzərə alaraq gələcək mövcudluğunu düşünməyi məsləhət görüb.
O, İsrailin "daha diqqətli, daha ehtiyatlı" olmağa dəvət edib.
Qəzzadakı hadisələrdən danışarkən, o, İkinci Dünya Müharibəsi zamanı Avropada yəhudilərin kütləvi şəkildə məhv edilməsi ilə paralellər aparıb.
"Hansı Holokost? İsraillilərin əsasən qadın və uşaqları öldürdükləri bir vaxtda danışdıqları Holokost hansı ola bilər?".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 18 İyun 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















