İsrail Makronu girovlarla bağlı açıqlamasına görə tənqid edib
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
O HƏMAS-a masadakı təklifləri rədd etmək üçün əsas verdi və şantajını artırdı"
İsrailin Baş nazirinin müşaviri Dmitri Gendelman Fransa Prezidenti Emmanuel Makronun bəyanatını pisləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Gendelmanın sözlərinə görə, Fransa lideri faktiki olaraq iki ilə yaxındır Qəzza zolağında saxlanılan israilli girovları cinayətə görə məhkum edilmiş fələstinli məhbuslarla eyniləşdirib.
Makron bundan əvvəl Qəzza zolağında atəşkəsin və bütün girovların azad edilməsinin vacibliyindən danışmışdı. Onun çağırışının İsrail həbsxanalarında saxlanılan və israilli girovlarla dəyişdirilən fələstinli məhbuslara da şamil olub-olmaması ilə bağlı suala Prezident belə cavab verib: "Hamısı. Hər iki tərəfdə".
"Fransa Prezidenti "hamını azad edin" deyəndə və şəhərlərimizin küçələrini qana bürüyənləri daxil edərkən, o əsl girovların azad edilməsi üçün istənilən razılaşmanın əsasını faktiki olaraq məhv edir. O HƏMAS-a masadakı təklifləri rədd etmək üçün əsas verdi və şantajını artırdı", - Gendelman vurğulayıb.
Bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar da Makronun sözlərini “Fransa siyasətinin yalan və mənəvi təhrif nümunəsi” adlandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















