İsrail MN İranda HƏMAS liderinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail Müdafiə naziri İsrael Kats Yəməndəki husi üsyançılarının liderlərinə hədə-qorxu gələrək ilk dəfə rəsmən ölkəsinin Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmail Haniyənin məhv edilməsində iştirakını etiraf edib.
“Report” xəbər verir ki, müdafiə nazirinin sözlərini “Ynet” portalı yayıb.
“Biz onlara (husilərə – red.) ciddi zərər vuracağıq, onların strateji infrastrukturuna zərər vuracağıq və Tehranda Haniyə, Qəzzada [onun varisi Yəhya] Sinvar və Livanda [“Hizbullah” təşkilatının rəhbəri Həsən] Nəsrulla ilə etdiyimiz kimi, onların liderlərini məhv edəcəyik”, – Kats bildirib.
Xatırladaq ki, Haniyə iyulun 31-də Tehranda öldürülüb. İsrail əvvəllər onun məhv edilməsində iştirakını etiraf etməmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 24 Dekabr 2024 05:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















