İsrail Müdafiə Ordusu: Tehran artıq qorunmur, şəhər İsrail zərbələrinə qarşı müdafiəsizdir
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İsrail Hərbi Hava Qüvvələri İranın qərbində və xüsusilə Tehran bölgəsində hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq, paytaxt səmasında tam üstünlük qazanıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə deyib.
Onun sözlərinə görə, ötən gecə ərzində İsrailə məxsus 70-dən çox döyüş təyyarəsi Tehrana zərbələr endirib, hücumlar zamanı müasir HHM sistemləri, buraxılış qurğuları və nəzarət mərkəzləri daxil olmaqla 40-dan artıq strateji hədəf məhv edilib.
"Tehrana yol açılıb. Biz raket və qabaqcıl müdafiə sistemləri, həmçinin əsas komanda məntəqələrini hədəfə alaraq onları sıradan çıxardıq. Artıq Tehran müdafiəsizdir. İranın paytaxtı İsrail zərbələri qarşısında qorunmur", - deyə general bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 İyun 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















