İsrail Müdafiə Qüvvələri iki gündə altı Hizbullah üzvünü zərərsizləşdirib
Icma.az bildirir, Sherg.az portalına istinadən.
İsrail pilotsuz təyyarələri "Hizbullah" hərəkatının silahlı qanadının üzvlərinə məxsus azı üç avtomobilə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə "Naharnet" xəbər portalı məlumat verib.
Məlumata görə, ölkənin cənubundakı Tir sərhəd rayonunda yerləşən El-Kleyla və En-Naqura qəsəbələrində dron hücumlarında iki hərəkat üzvü öldürülüb. Digər bir səhra komandiri Livanın şərqindəki Nabi Şitada izlənilərək öldürülüb, burada hərəkat üzvləri təlim düşərgəsi qurub və sursat toplayıblar.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 25-də Litani çayının cənubunda "Hizbullah" hərbi komandiri pilotsuz təyyarə hücumunda həlak olub. İki gün ərzində hərəkatın altı üzvü öldürülüb.
Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, atəşkəs razılaşmasına baxmayaraq, İsrail ilin əvvəlindən bəri Livan ərazisinə 4 500-dən çox hücum həyata keçirib. Nazirlik bildirir ki, İsrail Müdafiə Qüvvələrinin hücumları və artilleriya atəşi nəticəsində 267 nəfər həlak olub, 685 nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















