Icma.az
close
up
RU
İsrail Müdafiə Qüvvələri Qəzza əməliyyatları üçün köhnə BTR ləri ölümcül silaha çevirib

İsrail Müdafiə Qüvvələri Qəzza əməliyyatları üçün köhnə BTR ləri ölümcül silaha çevirib

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında yerüstü əməliyyatlara hazırlığı sürətləndirərkən, uzun illər istismarda olan və artıq köhnəlmiş hesab edilən "M113" tipli piyadaların döyüş maşınını (PDM) yeni və ölümcül məqsədlərlə istifadəyə verilib.

Bizimyol.info xəbər verir ki, son günlər bu texnikaların partlayıcılarla yüklənərək uzaqdan idarə olunan kamikadze maşınlara çevrilməsi halları ciddi şəkildə artıb. Xüsusilə Qəzza şəhərinin mərkəzində mümkün hücumlara hazırlıq çərçivəsində onların istifadəsi üç dəfə artırılıb.

Məlumatlara görə, artıq yüzlərlə belə dəyişdirilmiş PDM Qəzza sərhədinə yaxın bölgələrdə müşahidə olunub.

İsraildə illərdir müdafiə baxımından zəifliyi və texniki baxımdan köhnəldiyi üçün tənqid olunan "M113" zirehli maşınları indi tamamilə fərqli funksiyada istifadə olunur. İsrail ordusu bu texnikaları müasir hücum silahına çevirmək üçün xüsusi üsul hazırlayıb.

PDM-lərin içərisinə böyük miqdarda partlayıcı yerləşdirilir, sonra bu maşınlar HƏMAS-ın və digər qruplaşmaların nəzarətində olan ərazilərə yönləndirilir və uzaqdan işə salınaraq hədəfləri məhv etmək üçün partladılır.

İsrailli istehkamçıların sözlərinə görə, bu taktika bir neçə məqsədə xidmət edir:

Ərazidə yerləşdirilmiş partlayıcı qurğuları zərərsizləşdirmək,Müşahidə sistemlərini və kameraları məhv etmək,Və yaxınlıqda gizlənmiş silahlı dəstələri zərərsizləşdirmək.

Ordudan verilən açıqlamada qeyd edilir ki, bu üsul əsgərlərin birbaşa toqquşmalardan qorunmasına, yəni yerüstü hücumlarda itkilərin minimuma endirilməsinə kömək edir.

"Bu taktika bizə daha sürətli və daha təhlükəsiz hərəkət imkanı verir", – deyə hərbi rəsmilər bildiriblər.

Bundan əlavə, İMQ bu metodun tətbiq sahəsini genişləndirməkdə qərarlıdır. Belə ki, zirehli maşınlar hədəfə robotlar vasitəsilə və ya digər vasitələrlə dartılaraq da göndərilə bilər.

Məlumatlara görə, İsrail ordusu daha bir yeni taktikanı sınaqdan keçirir: partlayıcı maddə ilə doldurulmuş çəlləklərin bu zirehli maşınlardan minalarla dolu küçələrə və döyüşçülərin mövqelərinə atılmasını. Bu üsulun xüsusilə dağıdıcı təsirə malik olduğu bildirilir.

Yerli mənbələr qeyd edir ki, bu partlayışların səsi Qəzzadan 100 kilometrdən çox məsafədə belə eşidilir – bu isə onların gücünü və miqyasını açıq şəkildə göstərir.

İsrailin bu addımı – yəni döyüş meydanında artıq istifadə üçün əlverişsiz hesab edilən köhnə texnikaları improvizə edilmiş hücum sistemlərinə çevirməsi – bir tərəfdən innovativ hərbi yanaşma kimi qiymətləndirilə bilər, digər tərəfdən isə bu, müharibənin getdikcə daha asimmetrik və destruktiv xarakter aldığını göstərir.

Hazırkı vəziyyət göstərir ki, hərbi texnologiyaların təkamülü təkcə yeni texnikanın yaradılması ilə deyil, həm də mövcud imkanların yeni kontekstdə istifadəsi ilə də mümkün olur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri