İsrail müharibəni dayandırır: Tarixi gün açıqlandı YENİLƏNİB
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
İsrail Nazirlər Kabineti Livanda atəşkəs razılaşmasını təsdiqləyib.
Adalet.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” xəbər yayıb.
Sülh 27 noyabr çərşənbə günü saat 10:00-da qüvvəyə minəcək.
*** 23:19
İsrailin baş naziri Benyamin Netanyahu xüsusi televiziya müraciətində bildirib ki, o, Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim etmək qərarına gəlib.
Adalet.az TASS-a istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, İsrail "Hizbullah" birləşmələrinin hücumları halında tam sərbəst hərəkət etmək hüququnu özündə saxlayır;
"Bu gecə Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti nə baş verəcəyindən asılıdır. ABŞ-lə tam əməkdaşlıq şəraitində biz tam hərbi əməliyyat azadlığını qoruyub saxlayırıq. "Hizbullah" razılaşmaları pozarsa və buna cəhd edərsə, özünü silahlandırsa, hücum edəcəyik. "Hizbullah" sərhədimiz yaxınlığında terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd edərsə, hücuma keçəcəyik. İstənilən pozuntuya qəti şəkildə cavab veriləcək”, - deyə Netanyahu bildirib. .
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Noyabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















