İsrail öncədən Suriyanı xəbərdar edibmiş Katz açıqladı
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İsrail Müdafiə Ordusu (İDF) Türkiyənin Suriyadakı "Əbu-əl-Duhur" aerodromunda İsrailin təhlükəsizliyinə təhdid yarada biləcək addımlar ata biləcəyi barədə məlumatlar aldıqdan sonra həmin aerodroma zərbə endirməyi bir neçə dəfə tövsiyə edib.
Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz bildirib.
"İsrailin Baş naziri Benyamin Netanyahu bununla bağlı hərbçilərlə bir neçə müşavirə keçirib. Daha sonra Netanyahu "Əbu Duhur"a zərbə endirməmək üçün Suriyaya birbaşa xəbərdarlıq edib. İsrailin xəbərdarlığı cavabsız qaldıqdan sonra Netanyahu zərbə endirməyə icazə verib və hücum uğurla həyata keçirilib.
Eyni zamanda, kəşfiyyat məlumatları ABŞ-ın müvafiq orqanlarına ötürülüb", - deyə Katz vurğulayıb.
Qeyd edək ki, avqustun 18-i İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətinin şərq hissəsindəki "Əbu-əl-Duhur" hərbi aviabazasının uçuş-enmə zolağına 8 zərbə endirib.
Baxış sayı:140
Bu xəbər 22 Avqust 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















