Icma.az
close
up
RU
İsrail onu hədələdi: Heç vaxt Kadir Baba ola bilməyəcəksən

İsrail onu hədələdi: Heç vaxt Kadir Baba ola bilməyəcəksən

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Eşref Rüya” serialında Kadir Baba obrazını canlandıran aktyor Görkəm Sevindikin fələstinli məhbuslarla bağlı paylaşımı İsraildə böyük rezonans doğurub. 

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, İsrailin radikal millətçi milli təhlükəsizlik naziri İtamar Ben-Qvir aktyoru hədələyib.

G.Sevindik CNN Türk-ə açıqlamasında, “Belə bir zülmə vicdan sahibi bir insan olaraq qarşıyam. Bir sənətçi və ata kimi hisslərimi paylaşdım” deyib.

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə Körfəz ölkələrinə də təsir etdiyi bir vaxtda, İsrail həm Livana hücumlarını davam etdirir, həm də fələstinlilərə qarşı sərt tədbirlər görür.

İsrail parlamenti Knesset qanunsuz şəkildə saxlanıldığı iddia edilən fələstinli məhbuslara ölüm hökmünün verilməsini asanlaşdıran qanunu qəbul edib. Qanuna əsasən, İordan çayının qərb sahilindəki həbsxanalarda saxlanılan minlərlə fələstinli əfv və apellyasiya hüququ olmadan ölüm cəzası ilə üz-üzə qala bilər.

Çərşənbə axşamları yayımlanan və ən çox izlənilən seriallardan biri olan “Eşref Rüya”da Kadir Baba rolunu ifa edən Görkəm Sevindik sosial şəbəkədə, “12 min fələstinli məhbusun edamı təsdiqlənib. Onların 4 mini uşaqdır… Zəhmət olmasa susmayaq. İnsanlıq bu gün ayağa qalxmayacaqsa, nə vaxt qalxacaq? İnsan olduğumuzu bu gün göstərməyəcəyiksə, nə vaxt göstərəcəyik? Susmayın. Paylaşın. Bu edamlara qarşı çıxın”, – deyə aktyor çağırış edib.

Sevindikin paylaşımı İsraildə geniş müzakirələrə səbəb olub. Milli Təhlükəsizlik naziri Ben-Qvir videomüraciətlə aktyora cavab verərək, “Eşref Rüya”dakı Kadir. Heç vaxt Kadir Baba ola bilməyəcəksən. Biz İsraildə yaşayırıq. Sən türk serialında oynayırsan. Terrorçular üçün ölüm cəzası artıq qüvvədədir” ifadələrini işlədib.

Bundan sonra İsrail siyasətini müdafiə edən bir çox sosial media istifadəçisi aktyora təhdid mesajları göndərib və seriala qarşı boykot çağırışları edib. Türkiyəli rəqəmsal media istifadəçiləri isə bu müzakirələrdə Görkəm Sevindiki dəstəkləyiblər.

Hazırda Beykozda çəkilişləri davam edən serialın setindən açıqlama verən aktyor CNN Türk müxbiri İlayda Karacaya danışıb:

“Sosial mediada bir videoya rast gəldim. Edam qərarı verilmiş bəzi insanların avtobusa mindirildiyini gördüm. Son dəfə uşaqlarına baxışlarını, onlara sarılışlarını izlədim. Vicdan sahibi bir insan, bir ata olaraq empatiya qurdum. Belə bir zülmə qarşıyam. Özümə görə reaksiya vermək istədim”, – deyə o bildirib.

“Reaksiyamın arxasındayam. Dünyanın harasında olursa-olsun zülmə qarşıyam. Vicdan və əxlaq sahibi hər kəs müharibəyə qarşı olmalıdır. Serialımız orada da izlənilir və sevilir. Mənim bu mövqeyim onları məyus etmiş ola bilər. Amma mən sadəcə normal bir insanın verməli olduğu reaksiyanı verdim”, – deyə aktyor əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri