İsrail orada nəzarəti saxlayacaq Katz
Icma.az bildirir, Axar.az portalına istinadən.
İsrail Livan, Suriya və Qəzza zolağında yaratdığı təhlükəsizlik zonaları üzərində nəzarəti qeyri-müəyyən müddətə saxlamaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz Müdafiə Nazirliyinin mətbuat xidmətinə açıqlamasında bildirib.
“Baş nazir Benyamin Netanyahu ilə birlikdə aydın siyasət yürüdürük. Bu siyasətə əsasən, İsrail Müdafiə Qüvvələri (IDF) Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətə qalacaq ki, sərhədləri və İsrail yaşayış məntəqələrini orada fəaliyyət göstərən cihadçı qruplardan qorusun”, - Katz deyib.
Nazirin sözlərinə görə, bu mövqe ABŞ Prezidenti Donald Trampa, ABŞ-ın müdafiə naziri Pit Heqsetə və digər yüksək vəzifəli rəsmilərə izah edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 15 İyun 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















