İsrail ordusu 250 min insanın Qəzzanı tərk etdiyini açıqlayıb
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri bir daha Qəzza şəhərinin sakinlərini təxliyə olmağa çağırıb və artıq 250 mindən çox insanın şəhəri tərk etdiyini açıqlayıb.
Bu barədə Moderator.az İsrailin "Ynet" portalına istinadən xəbər verir.
"Ordunun hesablamalarına görə, son bir neçə gündə 250 mindən çox insan Qəzza şəhərini tərk edib. Əl-Rəşid yolundan istifadə edin və humanitar yardım alacağınız Əl-Mavasdakı humanitar zonaya keçin", - nəşr ordunun sözçüsü Avixay Adraidən sitat gətirib.
Xatırladaq ki, sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri Qəzza sakinlərini planlaşdırılan hücumla əlaqədar dərhal təxliyə olmağa çağırmışdı.
Baxış sayı:77
Bu xəbər 13 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















