İsrail ordusu Cənubi Livanda beş yaşayış məntəqəsini atəşə tutub
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə "Əl Mayadeen" xəbər veri.
Atışmalar barədə məlumatlar Aytarun, Blida, Beyt Lif, Ramia və Yarun şəhərlərindən gəlib. Yerli hakimiyyət orqanları bir neçə yaşayış binasına ziyan dəydiyini bildirib, lakin itki olmayıb.
Blida bələdiyyəsinin açıqlamasında qeyd olunub ki, işğalçı qüvvələrin atışları 2024-cü il münaqişəsi zamanı dağıdılmış yaşayış məntəqələrinin və iqtisadi infrastrukturun yenidən qurulmasına mane olur. Bu arada, İsrail Müdafiə Qüvvələrinin sözçüsü "X" sosial media hesabında şiə təşkilatı Hizbullah üzvlərinin şübhəli fəaliyyətinin aşkar edildiyi ərazilərə atəş açıldığını bildirib.
7 fevralda Baş nazir Nəvaf Salam İsrailin hava hücumları və atışmaları nəticəsində zərər çəkmiş bir neçə cənub şəhərini yoxlayıb. O, Livan ordusunun Litani çayının cənubunda yerləşdirilməsinin başa çatmasının hökumətə müharibədən sonrakı yenidənqurma planını mümkün qədər tez həyata keçirməyə başlamağa imkan verəcəyini vurğulayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 13 Fevral 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















