İsrail ordusu HAMAS ın sözçüsü Əbu Ubeydənin öldürüldüyünü təsdiqləyib YENİLƏNİB 1
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (IDF) HAMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydə (Hudahaifa Kahlout) öldürüldüyünü təsdiqləyib.
APA xəbər verir ki, bu barədə IDF “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, əməliyyat İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Təhlükəsizlik Xidməti (ISA) tərəfindən həyata keçirilib. Əməliyyat ISA-nın vəziyyət otağından idarə olunub və öncədən əldə edilən kəşfiyyat məlumatları nəticəsində Əbu Ubeydənin gizləndiyi yer müəyyən edilib.
Qeyd edilib ki, Qəzza zolağındakı terror təşkilatlarına qarşı əməliyyatlar davam etdiriləcək və İsrailə qarşı hər hansı təhlükə aradan qaldırılacaq.
***
15:13
HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydə öldürülüb.
APA "Al-Arabiya"ya istinadən xəbəe verir ki, bu barədə Fələstinli mənbə bildirib.
Mənbə bildirib ki, İsaril Əbu Ubeydanın Qəzzada evini vurub. Onun ailə üzvləri meyitin yoxlanılmasından sonra öldüyünü təsdiq ediblər.
***
05:57
İsrail ordusu Qəzzada HƏMAS hərbi qanadının sözçüsü Əbu Ubeydəyə qarşı sui-qəsd təşkil edib.
APA xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası məlumat yayıb.
“Qəzza şəhərindəki əməliyyatın hədəfi HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydə olub”, - məlumatda deyilir.
Əməliyyatın nəticələri ictimaiyyətə açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 31 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















